Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

Dünya üzrə ən çox qaçqını bu ölkələr qəbul edib – SİYAHI

Oktyabr 04
16:27 2016

Dünyada qaçqınlar acınacaqlı vəziyyətdədir.

Selefxeber.az-ın məlumatına əsasən “Report” xəbər verir ki, bu barədə Beynəlxalq Əfv Təşkilatının hesabatında bildirilib.
BMT-nin Qaçqınların İşi üzrə Komissarlığının məlumatına əsasən, təşkilatın hazırladığı sənəddə qaçqınları qəbul edən 10 dövlətin siyahısı dərc olunub:

1.İordaniya – 2,7 mln. nəfərdən çox (ölkə əhalisinin 28 faizi);
2.Türkiyə – 2,5 mln. nəfərdən çox (ölkə əhalisinin 3 faizi);
3.Pakistan – 1,6 mln. nəfərə yaxın (ölkə əhalisinin 1 faizindən az);
4.Livan – 1,5 mln. nəfər yaxın (ölkə əhalisinin 33 faizi);
5.İran – 979 min 400 nəfər (ölkə əhalisinin 1 faizindən çox);
6.Efiopiya – 736 min 100 nəfər (ölkə əhalisinin 1 faizindən az);
7.Keniya – 553 min 900 nəfər (ölkə əhalisinin 1 faizindən çox);
8.Uqanda – 477 min 200 nəfər (ölkə əhalisinin 1 faizindən çox);
9.Konqo Demokratik Respublikası – 383 min 100 nəfər (ölkə əhalisinin 0,5 faizindən çox);
10.Çad – 369 min 500 nəfər (ölkə əhalisinin 3 faizinə yaxın).

Məlumata görə, Almaniya və Kanada hökumətləri başqa varlı dövlətlərlə müqayisədə daha çox qaçqın qəbul edib. Avstraliya və Britaniya isə 2011-ci ildən indiyədək 8 min suriyalı qaçqın qəbul etdiyi üçün tənqid olunub. Avstraliyada cəmi 58 min nəfərə qaçqın statusu verilib.

Sələf Xəbər: Uca Allah buyurur: “Yaxşılıq etməkdə və pis əməllərdən çəkinməkdə əlbir olun, günah iş görməkdə və düşmənçilik etməkdə bir-birinizə kömək göstərməyin. Allahdan qorxun. Həqiqətən, Allahın əzabı şiddətlidir!”(Müqəddəs Quran, “Maidə” surəsi, 2-ci ayə)

Digər xəbərlər