Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

Dünya xəritəsi: ölkələrdən fərqli baxış – FOTO

Yanvar 20
14:39 2015

Dünyanın bir xəritəsi var. Ancaq bir çox ölkələrdə ümumi dünya xəritəsi müxtəlifdir. Hər bir ölkə özünün vacibliyini vurğulamaq üçün öz ərazilərini dünyanın mərkəzində yerləşdirib.

“Sələf Xəbər” Bizimyol.info-ya istinadən bu maraq doğuran xəritələri nəzərinizə çatdırır:

📷

Rusiyanın dünya xəritəsi
Dünyanın vertikal oxu (Qərb və Şərqin mərkəzi nöqtəyə uyğunlaşdırılması) Moskvadan keçir. Amerika və Avstraliya dünyanın periferiyasına düşürlər. Sakit okean isə bütöv bir sahə kimi başa düşülmür.

rus

📷

Avropanın dünya xəritəsi
Dünyanın vertikal oxu Londondan keçir. Rusiya üçün olan xəritədəki kimi Amerika və Avstraliya dünyanın periferiyasına düşür. Sakit okean da, həmçinin, burada da bütöv bir sahə kimi mənimsənilmir. Bundan başqa, ekvatorun (Şimal və Cənubun mərkəzi nöqtəyə uyğunlaşdırılması) yeri dəyişdirilib, xəritənin aşağı hissəsinə düşərək Avrasiya və Şimali Amerika ilə müqayisədə Afrikanı, Cənubi Amerikanı və Avstraliyanı olduğundan daha kiçik göstərir.

eur

📷

ABŞ-ın dünya xəritəsi
Dünyanın vertikal oxu ABŞ-dan keçir. Amerika qərbdən Sakit okeanla, şərqdən isə Atlantik okeanla yuyulan bir “adaya” çevrilir. Avropa xəritəsindəki kimi burada da ekvator xəritənin aşağı hissəsinə düşüb, bu isə öz növbəsində Amerikanı və Avrasiyanı Cənubi Amerikaya, Afrikaya və Avstraliyaya görə realdakından daha kiçik olduğunu göstərir. Bundan əlavə, bir amerikalı üçün Rusiyanı, Hindistanı və Çini anlamaq daha da qəlizləşir: bu ölkələr amerikalı üçün iki yerdə mövcud olur – qərbdə və şərqdə.

abs

📷

Çinin dünya xəritəsi
Çin öz xəritəsində Sakit okeanın şərq sahilində yerləşir. Bu okeana Afrika və Avropadan başqa bütün kontinentlərin çıxışı var. Bu isə onların dünyanın periferiyasında olduğunu göstərir.

cin

📷

Avstraliyanın dünya xəritəsi
Avstraliyalılar öz materiklərindən dünya oxunu keçirmək azmış kimi, hələ onu qalan digər materiklərdən də yuxarıda yerləşdirib. Demək olar ki, xəritəni 180 dərəcə çeviriblər. ABŞ kimi onlar da yerlərini üç okean arasında qərarlaşdırıblar: Sakit, Hindistan və Cənub. Vacib rol oynayan Antarktika isə bütün digər xəritələrdə ən aşağı hissədə gizlədilib.

avst

📷

Cənubi Afrikanın dünya xəritəsi
Avstraliyanın xəritəsi kimi Cənubi Afrika da xəritənin yuxarı hissəsindədir. Bu da ölkənin digər ölkələr arasında dominant kimi qələmə verir. CAR iki okean arasına düşür – Hindistan və Atlantik. Sakit okean regionları və Rusiya dünya periferiyasına gedib çıxır.

afr

📷

Çilinin dünya xəritəsi
Bu dünya xəritəsi Hərbi Coğrafiya institutunun sifarişi ilə gələcəkdə məktəb dərsliklərinə daxil edilməsi məqsədi ilə hazırlanıb. Avstraliya xəritəsi kimi bu xəritə də dominant yerdə olması üçün 180 dərəcə aşağıdan yuxarıya çevrilib. Sakit okean xəritənin mərkəzindədir, bu da onu göstərir ki, müasir Çili siyasətçilərinin arzuladığı Sakit okean regionları arasında ən qabaqcıl iş mərkəzlərindən biri olmaq üçündür. Bu planda Çili və Çin arasında müəyyən oxşar xüsusiyyətlər də var. Afrika və Avropa isə dünyanın periferiyasına gedib çıxır.

cili

Digər xəbərlər