Dünyada 2 milyon müsəlman həcc edəcək
980 dəfə baxılıb
“İslam-today” Arabnews-a istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanının Həcc Nazirliyinin məlumatlarına əsasən, bu il 1,3 milyondan çox xarici zəvvarın həcc edəcəyi gözlənilir. Zəvvarların əksəriyyəti – 410 000 nəfər Cənubi Asiyadan olacaq. Ərəb ölkələrindən həccə gələnlərin sayı 250 000 nəfər təşkil edəcək.
228 minə yaxın zəvvar, İndoneziya və Malayziya daxil olmaqla, Cənubi-Şərqi Asiyadan həccə yollanacaq. Türkiyə və Avropa ölkələri Kəbəyə ziyarətə 190 000 vətəndaşını göndərəcək. Afrika ölkələrindən olan zəvvarların sayı 170 000 nəfər, İrandan isə – 63 000 nəfər olacaq.
Bu ilin oktyabrında dərc edilmiş araşdırmanın məlumatlarına əsasən, Səudiyyə Ərəbistanı həcc mövsümündə 8 500 000 000 ABŞ dolları qazana bilər. Bu il Məkkəyə 2 000 000 müsəlmanın həcc edəcəyi nəzərdə tutulur. Məkkənin Ticarət-Sənayə Palatası bildirib ki, keçən il ilə müqayisədə bu ilki həcdən gələn gəlir 3% artacaq.
Araşdırmada zəvvar sayının 1 980 000 nəfər, o cümlədən xaricdən olan 1 380 000 (70%) nəfər, təşkil edəcəyi əsas götürülüb. Məruzədə deyilir ki, xaricdən gələn zəvvarın həcdə olduğu 5 gün ərzində orta hesabla 17 381 rial xərcləyəcək. Yerli zəvvarların məsrəfləri təxminən 4 948 real olacaq. Xərclər yaşayış yeri, qida, hədiyyələr və
telefon danışıqlarını daxil edir.
Milli Həcc və Ümrə Komitəsinin nümayəndəsi Saad Əl-Kuraşi qeyd edib ki, bu il 150 000 Səudiyyə Ərəbistanı vətəndaşı həcc edəcək. “Onlardan 41 000 nəfərin həcci xüsusi qiymətlərə başa gələcək”, Əl-Kuraşi, Arab News-a bildirib.
Hindistan, Pakistan və Banqladeş daxil olmaqla, Cənubi Asiya ölkələri üzrə həcc mərasimi ilə məşğul olan təşkilatda illik həcc mərasiminə hazırlıq məsələlərini müzakirə etmək üçün görüş keçirilib. Təşkilatın sədri Raafat Badre, 115 xidmət qrupunun rəhbərlərini müsəlmanların həcc ayinini rahat şəkildə keçirməsi üçün onlara ən yüksək səviyyədə xidmət göstərməyə çağırıb.
Həcc işləri üzrə nazir Bandar Həcar, keçən ilki həcc mövsümünün çatışmazlıqları təhlil etmək, bu il xidmətlərin keyfiyyətini yaxşılaşdırmaq yollarını tapmaq üçün Məkkədə, həcc-müəssisələrinin başçıları və həcc mərasiminin təşkili ilə əlaqəli olan digər strukturların nümayəndələri ilə görüşüb.
Məkkədə Həcc Nazirliyinin direktoru Amin Fatani deyib ki, nazirin səfəri, bütün bu müəssisələrin builki mövsüm üçün təsdiqlənən operativ planları həyata keçirməyə hazırlığını təmin etməyə yönəlib.
“Evi (Kəbəni) ziyarət etmək insanların – yoluna gücü çatan hər kəsin – Allah qarşısında borcudur.”Müqəddəs Quran, “Ali İmran” surəsi, 97-ci ayələr