Dünyada terror qurbanlarının sayı bəlli oldu
Noyabr 19
13:00
2014
877 dəfə baxılıb
2013-cü ildə terror aktları nəticəsində ölüm hallarının sayı 2012-ci illə müqayisədə 61% artıb.
“Sələf Xəbər” bildirir ki, APA-nın BBC-yə istinadən verdiyi xəbərə görə, bu barədə İqtisadiyyat və Sülh İnstitutu-nun (İEP) hesabatında bildirilib.
Belə ki, 2013-cü ildə dünyada 10 minə yaxın terror aktı törədilib, nəticədə 18 min insan həyatını itirib.
Terror aktlarının əksəriyyəti “İŞİD”, “Əl-Qaidə”, “Taliban”, “Boko Haram” kimi radikal islamçı qruplaşmaları tərəfindən törədilib. 2013-cü ildə terrordan ən çox İraq əhalisi zərər çəkib. Ötən il İraqda 6 000 insan terror aktlarının qurbanı olub. Ölüm hallarının 80%-i beş ölkənin – İraq, Əfqanıstan, Pakistan, Nigeriya və Suriyanın payına düşür
Sələf Xəbər: XX-ci əsrin görkəmli islam alimi Əbdüləziz bin Bəzz (Allah ona rəhmət etsin) deyib: “Şübhə yoxdur ki, bu terror aktlarını törədənlər Allaha və Qiyamət gününə iman etməyənlərdir. Allaha və Qiyamət gününə həqiqi iman etmiş kəslər arasında küllü ziyan və böyük fəsad gətirən belə iyrənc cinayət törədənləri tapmazsan. Belə əməlləri yalnız qəzəb, nifrət, paxıllıq və azarla dolub-daşan eyibli qəlb sahibi, qəlbində Allaha və Onun elçisinə (Allahın ona salavat və salamı olsun) həqiqi iman olmayan kəslər edə bilər!” (“Fətava İbn Baz” 7/120).
“”