Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

Dünyanın ən bahalı tikilisi “əl-Haram” məscidi – FOTO

Avqust 05
17:10 2016

Müqəddəs Məkkə şəhərində yerləşən “Əl-Haram” Məscidi dünyanın ən bahalı tikililəri siyahısında ilk yeri tutub. Onun tikinti dəyəri 100 milyard dollar təşkil edir. Sahəsi təxminən 356 min 800 kvadrat metr olan məsciddə 900 min nəfər rahatlıqla ibadət edə bilir.

Onu da qeyd edək ki, Səudiyyə Ərəbistanı dövləti yaxın gələcəkdə Məkkə şəhərində zəvvarlar üçün 10 min otel otağından və 70 restorandan ibarət “Əbrəc əl-Beyt” adlı yeni kompleksi təhvil verməyi planlaşdırır.

İnşa dəyərinə görə, möhtəşəm tikili olan “Əbrəc əl-Beyt” qüllələri siyahıda ikinci yeri tutur. Onun tikintisinnə 15 milyard dollar vəsait sərf olunub.

Sinqapurdakı “Resorts World Sentosa” kurortu isə siyahıda üçüncü yeri tutub. Onun inşa dəyəri 6,59 milyard dollar təşkil edir. Bu kurortda otellər, akvapark olmaqla yanaşı, həm də dünyanın ən böyük akvariumu yerləşir.

Ən bahalı Avropa tikililəri siyahısında 2013-cü ildə inşa olunan və tikinti dəyəri 1,57 milyard dollar təşkil edən Frankfurt Avropa Mərkəzi Bankının qərargahı 16-cı yeri tutub.

Bundan başqa, bahalı tikililər siyahısında Sinqapurdakı “Marina Bay Sands” oteli dördüncü, Las-Veqas şəhərindəki “The Cosmopolitan” beşinci , Nyu-York şəhərindəki “Dünya Ticarət Mərkəzi” altıncı, Abu-Dabi şəhərindəki “Emirates Palace” yeddinci sırada yer alıb.

Dünyanın ən bahalı 20 tikilisi arasında inşaasına 1,16 milyard dollar xərclənən Malaziyanın Kuala-Lumpur şəhərindəki “Petronas” əkiz qüllələri siyahıda sonuncu yeri tutub.

📷

Untitled-1Untitled-2Untitled-3Untitled-4

Sələf Xəbər: Uca Allah buyurur: “Əgər şükür etsəniz, sizə (olan nemətimi) artıraram, yox əgər nankorluq etsəniz, (bilin ki,) Mənim əzabım şiddətlidir.” (Müqəddəs Quran, “İbrahim” surəsi, 7-ci ayə)

“Allaha şükr edən hər kəs, daha artıq nemətə nail edilir. Əksinə, kim ki, Allahın xeyirxahlığına naşükürlük göstərirsə, özünü sərt cəzaya məhkum edir ki, bunun da bir qismi – Allahın mərhəmətindən məhrum olmadır. Allaha minnətdarlıq bildirmək, yəni şükr etmək üçün bütün qəlbi ilə Onun mərhəmətini etiraf etməli, əta etdiyi nemətlərə görə Ona həmd etməli və onlardan ancaq Allah xatirinə həyata keçirilən məqsədlər üçün istifadə edilməlidir. İnsan belə etmədikdə, o, naşükür bəndə hesab olunur.” (Bax “Təfsir Əs-Saadi”)

Digər xəbərlər