Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

Dünyanın ən böyük hotelinin nə vaxt açılacağı bəlli oldu

Dekabr 12
17:29 2016

Dünyanın ən böyük otel layihəsinin dəyəri 3.5 milyard dollar həcmində qiymətləndirilir. Səudiyyə Ərəbistanının Məkkə şəhərində yerləşən turizm nəhənginin açılışı 2017-ci ilə nəzərdə tutulub. Otelin rəhbərliyinin sözlərinə görə otelin bütün qonaqları dəbdəbəli və zəngin interyerli otaqlar, dadlı təamlar və xoş xidmətlə təmin olunacaqlar.

Selefxerber.azFins.az”-a istinadən bildirir ki, tikintisi Səudiyyə Ərəbistanıın Maliyyə Nazirliyi tərəfindən maliyyələşdirilən yeni otelin adı “Abrac Kuday” (Abraj Kudai) olacaq. Binanın layihəsi isə “Dar al-Handasah Group” şirkətinə məxsusdur.

Hələ də tikintisi davam edən otelin açılışından sonra onun ümumi ərazisi 1.4 milyon m2 olacaq.
“Abrac Kuday” oteli 10.000 otaq, 70 restoran, 4 vertolyot meydançası və 12 qüllədən ibarətdir. Qüllələrdən ən hündürü 45 mərtəbə, ən balacası isə 30 mərtəbədir.

Otel dünyanın ən böyük məscidi olan “Məscidül-Həram”-dan (Masjid al-Haram) 2 km aralıqda yerləşir.

Digər xəbərlər