Dünyanın ən böyük körpəsi İndoneziyada doğulub
May 20
18:11
2016
800 dəfə baxılıb
İndoneziyada 41 yaşlı Ani Rusiddin adlı qadın çəkisi 8 kiloqram 700 qram olan uşaq dünyaya gətirib. Bundan əvvəl daha iki övladı olan ananın əvvəlki uşaqları normal çəki ilə doğulsalar da yeni doğulan körpəsi diğər uşaqlardan çəkisinə görə kəskin dərəcədə fərqlənib.
Həkimlər isə belə bir anomaliyanı qadının şəkərli diabet xəstəliyindən əziyyət çəkməsi ilə izah ediblər. Belə ki, məhz bu səbəbdən körpə ana bətnində sürətlə inkişaf edərək normadan artıq çəki toplayıb.
Boyu 62 santimetr, çəkisi 9 kiloqrama yaxın olan körpə hal-hazırda dünyanın ən ağır çəkili yenidoğulmuş körpəsi sayılır.
Mənbə: İslam Today