Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

Dünyanın ən böyük məscidlərindən birində Xocalı faciəsi anılıb – FOTO

Fevral 25
17:55 2015

İndoneziyada Xocalı ilə bağlı silsilə tədbirlər həyata keçirilib.

“Sələf Xəbər” Gün.Az-a istinadən məlumat verir ki, İslam Konfransı Gənclər Forumundan (İKGF) verilən xəbərə görə, hal-hazırda İndoneziyada İKGF-nin dəstəyi ilə “Xocalıya Ədalət” beynəlxalq məlumatlandırma kampaniyası çərçivəsində silsilə tədbirlər həyata keçirilir.

Ötən gün İndoneziyanın paytaxtı Cakarta şəhərində yerləşən, ölkənin və Cənub-Şərqi Asiyanın ən böyük, dünyanın isə 3-cü ən böyük məscidi olan “İstiqlal” məscidində “Xocalıya Ədalət” kampaniyası çərçivəsində Xocalı soyqırımının anımı keçirilib.

“İstiqlal” məscidində camaat namazında on minlərlə adam, o cümlədən nazirlik və digər dövlət qurumlarından olan yüksək vəzifəli şəxslər, ölkənin böyük din xadimləri iştirak ediblər. “Xocalıya Ədalət” beynəlxalq informasiya kampaniyasının İndoneziya üzrə koordinatoru İmas Choirun Nisa Fujiati və həmyerlimiz Elmar İskəndərov Ermənistanın işğalçı siyasətinin agır humanitar nəticələri, Dağlıq Qarabağ münaqişəsinin tarixi kökləri, “Xocalıya Ədalət” kampaniyasının məram və məqsədləri haqqında ətraflı məlumat veriblər.

Camaat namazından sonra ölkənin bir sıra din xadimləri və dövlət qurumlarını təmsil edən yüksək vəzifəli şəxslər Dağlıq Qarabağın Ermənistan tərəfindən işğalını pisləyiblər və Xocalı soyqırımı məsələsində Azərbaycana tam dəstək olduqlarını bildiriblər.

Kampaniyanın fəalları, həmçinin, camaat namazına gələn insanları Xocalı üçün Ədalət naminə, növbəti gün Cakartanın mərkəzində keçiriləcək “Böyük Yürüşdə” iştirak etməyə çağırıblar.

“İndoneziya” otelinin qarşısında İslam Konfransı Gənclər Forumunun (İKGF) təşəbbüsü ilə “Xocalıya ədalət” kampaniyası çərçivəsində “Xocalıya ədalət – Unudulmuş İnsanlıq Faciəsi” adı altında yürüş aksiyası keçiriblər. Sözügüdən tədbirdə çıxış edən İKGF-nin İndoneziyadan olan İdarə Heyətinin üzvü Taufik Lubis bunları söyləyib:

“İndoneziya hökuməti prezident Coko Vidodo vasitəsilə Azərbaycanın Xocalı şəhərində soyqırım baş verdiyini qəbul etməli və münaqişə ilə bağlı BMT və İƏT qətnamələrinin həyata keçməsinə dəstək göstərməlidir”.

Taufik Lubis, eyni zamanda, İndoneziya gənclərinin imzaladığı, Xocalı faciəsini “insanlığa qarşı cinayət” və “soyqırım” kimi tanımağa çağıran və dünya ictimaiyyətinə ünvanlanan petisiyanı ölkə prezidenti və Nümayəndələr Palatasına təqdim ediləcəyini söyləyib.

İndoneziyada keçirilən etiraz tədbirlərində Müsəlman Tələbələr Assosiasiyası və İndoneziya İslam Gənclər Hərəkatı kimi aparıcı gənclər təşkilatlarının fəalları da iştirak ediblər. İndoneziyada bu günlərdə Xocalı ilə bağlı keçirilən tədbirlər mətbuatda geniş işıqlandırılıb.

Məlumat üçün bildirək ki, “Xocalıya Ədalət” beynəlxalq məlumatlandırma kampaniyası 2009-cu ildə Heydər Əliyev Fondunun vitse-prezidenti, İKGF-nin Mədəniyyətlərarası Dialoq üzrə baş koordinatoru Leyla Əliyevanın təşəbbüsü ilə başlayıb və hal-hazırda 50-dən artıq ölkədə həyata keçirilməkdədir. Kampaniya nəticəsində dünyanın bir sıra parlamentləri, həmçinin İƏT Xarici İşlər Nazirləri Şurası və İƏT Parlament İttifaqı tərəfindən Xocalı qətliamı soyqırım aktı və insanlığa qarşı cinayət kimi tanınıb.

📷

317643

📷
532231

 Sələf Xəbər: Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Kim bir möminin dünya kədərlərindən (sıxıntılarından) birini azaldarsa, Allah-Təala Qiyamət günü onun kədərlərindən (sıxıntılarından) birini azaldar. Kim çətinliyə düşənin işini asanlaşdırarsa, Allah-Təala də onun işini dünyada və axirətdə asanlaşdırar. Allah, öz qardaşına kömək edən bəndənin köməyində olar”. (Müslim 4/ 2074/ № 2699)

Digər xəbərlər