Dünyanın ən comərd ölkəsi
1. 259 dəfə baxılıb
Türkiyə dövləti öz milli gəlirinin 0,37 faizini humanitar yardımlara ayıraraq dünyada beynəlxalq humanitar yardım göstərən ölkələr arasında ən comərd ölkə olub.
“Ümumdünya humanitar yardım – 2016” hesabatlarına əsasən, Türkiyə ABŞ-dan sonra digər dövlətlərə humanitar yardım edən ölkələr sırasında 2-ci yeri tutur.
Hesabata əsasən, Türkiyədən sonra Böyük Britaniya, Avropa Birliyi və Almaniya da ən çox humanitar yardım göstərən ölkələr sırasındadırlar.
Türkiyənin göstərdiyi humanitar yardım 2014-cü ildə 1,6 milyard ABŞ dolları, 2015-ci ildə isə 2 dəfə artaraq 3,2 milyard dollar təşkil edib.
Xatırladaq ki, dünya ölkələrinin ümumilikdə göstərdiyi humanitar yardımın həcmi 2014-cü ildə 25,1 milyard dollar, 2015-ci ildə isə 28 milyard dollar təşkil edib.
Sələf Xəbər: Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Kim bir möminin dünya kədərlərindən (sıxıntılarından) birini azaldarsa, Allah-Təala Qiyamət günü onun kədərlərindən (sıxıntılarından) birini azaldar. Kim çətinliyə düşənin işini asanlaşdırarsa, Allah-Təala da onun işini dünyada və axirətdə asanlaşdırar. Allah, öz qardaşına kömək edən bəndənin köməyində olar”.(Müslim 4/ 2074/ № 2699)