Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

Dünyanın ən gözəl adası ilə tanış olun – FOTO

Noyabr 01
16:30 2014

“Sələf Xəbər”-in alanba.com.kw-a istinadən məlumatına görə, turizm sahəsini işıqlandıran “Kondi Nast” jurnalının apardığı sorğuya əsasən Palavan adası 2014-cü ildə dünyada ən gözəl ada sayılaraq birinci yeri tutub.

Adaya saytın 76 min istifadəçisi səs verib. Palavan təbii cəzbedici mənzərələri və təmiz şəffaf suları ilə fərqlənir. Həmçinin bu adada Porto Prinsisa adlı yeraltı çay yerləşməkdədir. Bu çay Palavan adasında olan mağarada yerin altından axır və uzunluğu 5 mil uzunluğundadır. Həmin çay Asiya qitəsində birinci, dünyada isə ikinci yeraltı axan ən uzun çaydır. Ada Filippinin ən son sərhədində və cənub hissəsi isə Malayziyanın şimalında yerləşir.

Bu ada cəzbedici sahilləri ilə məşhur olduğuna görə çoxlu səyahətçilər qəbul etməkdədir. Qeyd olunur ki, bu ada dünyanın 30 adası arasında birinci yer tutub. “National Geographic” dərgisi də Palavan adasını dünyanın ən gözəl adalarından biri hesab etmişdir.

Bu adaya Filippinin paytaxtı olan Manilladan 75 dəqiqə ərzində təyyarə ilə və yaxud bir günə gəmi ilə getmək mümkündür.

📷

palawan-7

📷
palawan-1
📷
palawan-2
📷
palawan-3
📷
palawan-4
📷
palawan-5
📷
palawan-6

“Yeri döşəyən, orada möhkəm dağlar, çaylar yaradan və bütün meyvələrdən cüt-cüt yetişdirən də Odur. O, gündüzü gecə ilə örtüb bürüyür. Həqiqətən də, bunda dərin düşünən adamlar üçün dəlillər vardır.”

Qurani Kərim, “Rad” surəsi, 3-cü ayə

Digər xəbərlər