Dünyanın ən nüfuzlu adamları: “Forbes”in siyahısı
781 dəfə baxılıb
Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Əl Səud da ən yüksək reytinqlilər sırasındadır.
Rusiya Prezidenti Vladimir Putin “Forbes” jurnalının tərtib etdiyi ilin ən nüfuzlu adamı siyahısında birinci yeri tutub.
“Sələf Xəbər” Sputnik.az-a istinadən xəbər verir ki, jurnal Rusiya Prezidenti Vladimir Putinin son üç ildə ardıcıl olaraq ilin ən nüfuzlu adamı siyahısında birinci yeri tutuması ilə bağlı mövqeyini də açıqlayıb.
“Putin dünyada öz istədiyini edib və bunun məsuliyyətindən qaça bilmək üçün kifayət qədər gücə malik olduğunu sübut etməyə davam edən çox az adamdan biridir” – jurnalda qeyd edilir.
İlin ən nüfuzlu adamı siyahısında isə Almaniyanın kansleri Angela Merkel ikinci, ABŞ Prezidenti Barak Obama üçüncü, Roma Papası Fransis dördüncü, Çin prezidenti Si Tsintao isə beşinci yerdə qərar tutub.
Jurnalda ABŞ prezidentliyinə namizədliklərini irəli sürmüş Hillari Klinton və Donald Tramp da müfaviq olaraq 58-ci və 72-ci yerləri tutublar.
Siyahıya adı ilk dəfə düşən Səudiyyə Ərəbistanı Kralı Salman bin Əbdüləziz Əl Səud da ən yüksək reytinqlilər sırasındadır. O siyahıda 14-cü yerdə qərarlaşıb.
“Forbes” jurnalı bildirir ki, dünyanın ən nüfuzlu adamlarının siyahısı tərtib edilərkən “bu adamların nəzarət etdiyi maliyyə resursları, təsir göstərə bildikləri insanların sayı, nüfuz dairəsi və onların öz nüfuzundan nə dərəcədə təsirli şəkildə istifadə etməsi” kimi bir neçə faktor əsas götürülür.