Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

Dünyanın ən uzunömürlü və ən qısaömürlü xalqları

İyun 27
10:44 2014

Dünya Bankı qadınlar və kişilər arasında ən uzun ömürlü insanların yaşadığı ölkələri açıqlayıb

Pia.az saytının modern.az-a istinadən verdiyi məlumata görə, dünyanın ən uzun ömürlü insanları Honq Konqda yaşayırlar. Belə ki, burada doğulan bir qız usağı ortalama 86 il ömür sürür. Avropa ölkələrdən isə Fransa, İspaniya, İsveçrədə sakinləri ortalama 85 il ömür sürürlər.

Avstraliya, İslandiya, İtaliya, Cənubi Koreyada, Sinqapur kimi ölkələrdə isə bu göstərici 84 ildir. Birləşmiş Krallıqlarda isə orta yaş həddi 81 ilə qədər davam edir.

Uzun ömürlü ölkələrə nəzər saldıqda məlum olur ki, kişilər qadınlardan 6 il az yaşayırlar. San Marino, Honk Konq, İslandiya, Avstraliya, İsrail, Yaponiya, İsveçrə kimi ölkələrdə kişilərin orta yaş həddi 80-ni keçir.
Malta, Hollandiya, Norveç, Sinqapur, İspaniya və Birləşmiş Krallıqlar sakinləri isə 1 il az – 79 il yaşayırlar. 78 il yaşayan ölkələrə isə Avstriya, Fransa, İrlandiya, Lüksemburq və Qətəri misal göstərmək olar.

Türkiyədə orta hesabla qadınlar 76, kişilər 71 il yaşayırlar. Ən qısa ömür sürən xalqlar isə Afrikada yaşayır. Bu baxımından antirekord Lesota krallığına məxsusdur. Bu ölkənin sakinlərinin orta ömru 47 yaşı keçmir.

Azərbaycanda orta yaş hazırda 71,3 ildir. Bu rəqəm kişilər üçün 68,4, qadınlarda üçün 74,7 yaş təşkil edir.

 Sələf Xəbər: Uca Allah buyurur: “Sizi Allah yaratmışdır. Sonra O sizi öldürəcəkdir. Sizlərdən bəziləri (vaxtilə) bildiyi şeyləri unutsun deyə ömrünün ən rəzil çağına çatdırılacaq. Həqiqətən, Allah Biləndir, (hər şeyə) Qadirdir.” (Müqəddəs Quran, “Nəhl” surəsi, 70-ci ayə).

“Uca Allah bildirir ki, məhz O, məxluqları yaradır və ardıcıl olaraq onların xarici görünüşünü dəyişdirir. Onlar üçün ayrılmış yaşama vaxtı bitdikdə, Allah onları öldürür. Məxluqlardan bəzilərinə uzun ömür yaşamaq nəsib olur ki, o zaman onlar əldən düşmüş qocaya çevrilirlər. Onlar malik olduqları fiziki güclərindən və bacarıqlarında məhrum olur, hətta insanın yaraşığı olan ağılı da zəifləməyə başlayır. Nəhayət, bir vaxtlar onlara məlum olan hər şeyi unudurlar və onların təfəkkürü azyaşlı uşaq ağlına bənzəyir. Bütün bunları edən – Bilən və Qüdrətli Allahdır. Onun biliyi bütün varlığı qapsayır, Onun qüdrəti isə bütün məxluqlara şamildir. Bunun nümunəsi – insan simasının ardıcıl olaraq dəyişməsidir ki, bu barədə Uca Allah belə buyurur: “Sizi zəif bir şeydən (nütfədən) yaradan, zəiflikdən sonra sizə qüvvət verən, qüvvətli olduqdan sonra zəiflik və qocalıq verən Allahdır. O, istədiyini yaradır. O, Biləndir, Qadirdir.” (Müqəddəs Quran, “Rum” surəsi, 54-cü ayə).”” (Bax “Təfsir Əs-Saadi”).

Digər xəbərlər