Dünyanın ən xeyirxah 10 ölkəsi – Tədqiqat
1. 478 dəfə baxılıb
Miçiqan, Çikaqo və İndiana Universitetlərinin mütəxəssisləri tərəfindən aparılan onlayn tədqiqat nəticəsində dünyanın 10 ən şəfqətli ölkələrinin siyahısı müəyyən edilib.
Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Küveyt ən xeyirxah ölkələr kimi bu siyahıda yer alıb.
Tədqiqatçılar 63 ölkədən 104 000 nəfərlə sorğu apararaq insanların özünü başqasının yerinə qoymaq və bir-birinin halına acımaq hissinə görə bu nəticəyə gəliblər.
Ekvadordan sonra siyahıda ikinc yeri tutan Səudiyyə Ərəbistanının daha şəfqətli ölkə kimi yer alması buradakı əhalinin müsəlman olması və dövlətin dinə bağlılığı ilə dəyərləndirilib. Çünki, hamımızın bildiyimiz kimi, şəfqət və mərhəmət İslam dininin dəyərləridir.
Selefxeber.az Al Arabiya-ya istinadən həmin siyahını təqdim edir.
1) Ekvador
2) Səudiyyə Ərəbistanı
3) Peru
4) Danimarka
5) Birləşmiş Ərəb Əmirlikləri
6) Koreya
7) ABŞ
8) Tayvan
9) Kosta Rika
10) Küveyt
Sələf Xəbər: İslam gözəl əxlaq dinidir.
Bu dinin gözəlliklərindən biri də gözəl əxlaqa, yüksək ədəbə dəvət etməsi, pis əxlaq və xüsusiyyətlərdən isə çəkindirməsidir. Bu din kamil din olduğundan, şəriət və ağıl baxımından bəyənilən hər şeyi özündə cəm etmişdir. Həmçinin fərdlər və toplumlar üçün məsləhətli və xeyirli olanları da özündə toplamışdır. Bu dinə iman gətirib, ehkamlarına riayət edən hər kimsəyə İslam gözəl həyat bəxş edər.Allah taala buyurur:
“Mömin olub yaxşı işlər görən (Allaha itaət edən) kişi və qadına (dünyada və axirətdə) xoş həyat nəsib edəcək və etdikləri yaxşı əməllərə görə mükafatlarını verəcəyik. (Və ya gördükləri yaxşı işlərin əvəzində onlara daha yaxşı mükafatlarını verəcəyik!)” (əh-Nəhl: 97).