Dünyanın ilk mobil humanitar şəhəri BƏƏ-də olacaq
1. 238 dəfə baxılıb
Dünyanın ilk mobil humanitar şəhəri Birləşmiş Ərəb Əmirliklərində Abu-Dabidə fəaliyyət göstərəcək.
Selefxeber.az-ın “İnfo-İslam” agentliyinə istinadən xəbərinə görə, köməyə möhtac insanlara yardım üçün xüsusən gənc nəslin nümayəndələri könüllü və humanitar fəaliyyətə cəlb olunacaqlar.
Layihəyə əsasən, mobil şəhərdə 1000-ə qədər ailənin yerləşdirilə biləcəyi düşərgələr, mobil xəstəxana, məktəb, idman mərkəzi, ticarət mərkəzi və restoranın olması nəzərdə tutulub.
Qeyd edək ki, BƏƏ-nin prezidenti şeyx Xəlifə bin-Zahid bildirib ki, 2017-ci ilin Xeyriyyə ili elan edilməsi BƏƏ-də dövlətin yaradıldığı gündən etibarən humanitar dəyərlərə öhdəliyinin bir təzahürüdür.
Xatırladaq ki, BƏƏ-də “2017 – Xeyriyyə ili” layihəsinin təşəbbüskarı “Zayed Giving Initiative” təşkilatıdır.
Sələf Xəbər: Uca Allah buyurur: “Yaxşılıq etməkdə və pis əməllərdən çəkinməkdə əlbir olun, günah iş görməkdə və düşmənçilik etməkdə bir-birinizə kömək göstərməyin. Allahdan qorxun. Həqiqətən, Allahın əzabı şiddətlidir!” (Müqəddəs Quran, “Maidə” surəsi, 2-ci ayə)
Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Kim bir möminin dünya kədərlərindən (sıxıntılarından) birini azaldarsa, Allah-Təala Qiyamət günü onun kədərlərindən (sıxıntılarından) birini azaldar. Kim çətinliyə düşənin işini asanlaşdırarsa, Allah-Təala da onun işini dünyada və axirətdə asanlaşdırar. Allah, öz qardaşına kömək edən bəndənin köməyində olar”. (Müslim 4/ 2074/ № 2699)