Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

Düşmən hərbçiləri xidmət yerini özbaşına tərk edir

Oktyabr 25
18:32 2017

Ermənistan Ordusunun hərbçiləri xidmət yerini özbaşına tərk ediblər.

Selefxeber.az xəbər verir ki, “Trend”in məlumatına görə, Ermənistan Ordusunda hökm sürən qanunsuzluqlardan təngə gələn hərbi qulluqçular xidmət yerlərini özbaşına tərk edirlər.

Bu günlərdə hərbi hissəni özbaşına tərk edən hərbi qulluqçular Harut Melikyan və Rudik Hakopyan barəsində cinayət işi başlanıb.

Eyni zamanda məlumatda Ağdərə istiqamətində yerləşən işğalçı ordunun zabitləri baş leytenant Ara Mezlaxanyan (hərbi xidmətə Gexarkunuk vilayətinin Çəmbərək rayonundan çağırılıb) və taqım komandiri Hayk Martirosyanın da xidmətdən yayınmaq məqsədilə hərbi hissəyə qayıtmadıqları bildirilir.

Xidmətdən yayınan hərbçilərlə bağlı axtarış və istintaq tədbirləri aparılır.

Digər xəbərlər