Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

“Ebola”-nın dərmanı Nigeriyadadır

Avqust 19
15:34 2014

“Sələf Xəbər”-in verdiyi məlumata əsasən, Nigeriyada Ebola qızdırmasının müalicəsi üçün eksperimental preparat əldə edilib.

Nanosilver (“Nanogümüş”) adlanan vaksini nigeriyalı alim hazırlayıb. Dərman haqqında ətraflı məlumat hələ ki yoxdur, islam-today.ru yazır.

Nigeriya Səhiyyə Nazirliyi artıq 5 nəfərin ölümcül virusdan qurtulduğunu bildirib. Hazırda “Ebola” virisuna yoluxduğu güman edilən 200 nigeriyalı həkimlərin nəzarətindədir. Onlardan çoxu Laqosdadır. Bu ölkədə artıq 4 nəfər bu virusdan dünyasını dəyişib, İTAR-TASS xəbər verir.

“Ey Allahın qulları, müalicə olunun. Çünki ALLAH qocalıqdan başqa dərmansız heç bir xəstəlik verməyib” (İbn Macə).

Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun)

Digər xəbərlər