Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

Ebola virusu: Liberiyadan sevindirici xəbər

Oktyabr 31
21:51 2014

“Sələf Xəbər” tr.euronews.com saytına istinadən xəbər verir ki, ölümcül Ebola virusunun yayıldığı Qərbi Afrika ölkələrindən olan Liberiyada xəstəliyin səngidiyi bildirilir.

Alınan tədbirlər virusun səbəb olduğu insan itkisinin azalmasında əhəmiyyətli rol oynayıb.

Təqribən 13700 Ebola hadisəsinin yarısı Liberiyada baş verib və bu günə qədər bu ölkədə 700-dən çox insan xəstəlik səbəbilə həyatını itirib. Ümumdünya Səhiyyə Təşkilatının əməkdaşı Bryus Eylvord, virusla mübarizədə xalqın şüurlu şəkildə hərəkət etməsinin vacibliyinə diqqət çəkib: “Alınan qərarlara riayət edərək, dəfn proseslərini təhlükəsiz şəkildə həyata keçirərək, doğru kanallardan doğru məlumatlar əldə edərək sürətli bir dəyişikliyin şahidi olmaq olar. Xalqın özünü təhlükəsizlikdə hiss edə bilməsi və özlərini qoruya bilmələri üçün əhəmiyyətli dərəcədə mühüm olan bu irəliləyiş, virusla mübarizəyə də öz müsbət təsirini göstərir”.

Səhiyyə mütəxəssisləri ölüm saylarının getdikcə azalmasının və xəstəlikdən xilas olanların sayının artmasının, xəstəliyin nəzarət altına alındığına işarə etmədiyi barədə xəbərdarlıq edib.

Son 6 ay ərzində əksəriyyəti Liberiya, Syerra-Leone və Qvineya da daxil olmaqla, 8 ölkədə 5 min insan Ebola virusu səbəbi ilə həyatını itirib.

“Sözsüz ki, hər çətinliyin ardınca asanlıq gəlir.”

Qurani Kərim, “Şərh” surəsi, 5-ci ayə

Digər xəbərlər