Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

“Ebola” virusuna dərman tapıldı?

Avqust 13
15:45 2014

“Sələf Xəbər” “Al-Madina” xəbər saytına istinadən bildirir ki, Ümumdünya Səhiyyə Təşkilatının (WHO) başçılığı ilə onun nəzdində fəaliyyət göstərən Əxlaqı Dəyərlərin Tətbiqi Komitəsinin (Ethics Review Committee) növbəti iclasında “ebola” virusunun müalicəsi üçün sınaq məqsədilə bəzi dərman preparatlarının istifadəsinə icazə verilib.

Komitənin bəyanatında qeyd olunur ki, preparatlardan bir neçəsi adıçəkilən virusa yoluxmuş iki ABŞ vətəndaşı üzərində təcrübədən keçirilib və müsbət nəticə verib. O da qeyd olunur ki, bu dərmanların sayı məhduddur. Buna səbəb dərmanların hələ sınaq mərhələsində olması ilə bağlıdır.

Elan olunan statistikaya görə, bu xəstəlikdən ölənlərin sayı artıq 1013 nəfərə çatıb. Bunların əksəriyyəti Serralyone, Liberiya və Gana ölkələrinin payına düşür. Əxlaqı Dəyərlərin Tətbiqi Komitəsi sınaq dövründə dərmanların qəbulu zamanı xəstələrə seçim ixtiyarı, yəni qəbul etmək və etməmək seçiminin verildiyini qeyd etmişdir.

Dərmanların kütləvi istehsalına gəlincə isə, bu bir çox təcrübə və araşdırmalardan sonra mümkün olacaqdır.

Digər xəbərlər