“EgyptAir” təyyarəsinin üzərində təhdid edici yazı – “Biz bu təyyarəni vuracağıq”
828 dəfə baxılıb
İki il əvvəl naməlum şəxslərin Aralıq dənizinə düşən “EgyptAir” təyyarəsinin gövdəsində təhdid edici sözlər yazdığı məlum olub.
“Sələf Xəbər”in APA-ya istinadən verdiyi xəbərə görə, şəxsiyyəti hələ də müəyyən olunmayan şəxslər təyyarənin gövdəsində iti alətlə cızaraq “Biz bu təyyarəni vuracağıq” sözlərini yazıblar.
“The New York Times” Misir təhlükəsizlik xidmətinin əməkdaşlarına istinadən qeyd edir ki, hədələyici yazının “Müsəlman qardaşlar” ekstremist qruplaşmasını dəstəkləyən Qahirə aeroportunun əməkdaşları tərəfindən yazıldığı ehtimal olunur.
Həmin vaxtdan iki il keçməsinə baxmayaraq, qeyd olunan yazı təyyarənin gövdəsindən silinməmişdi.
Həmçinin məlum olub ki, dənizə düşən təyyarə faciə baş verən gün təhlükəsizlik xidmətinin üç əməkdaşı tərəfindən müşayiət edilib.
Qeyd edək ki, göyərtəsində 66 nəfərin olduğu Paris-Qahirə marşrutu üzrə uçan “A320” təyyarəsinin Aralıq dənizinə düşməsinin səbəbi hələ də müəyyən edilməyib.
Sələf Xəbər: Uca Allah buyurur: “Allaha və Onun Elçisinə qarşı müharibə edənlərin və yer üzündə fitnə-fəsad törətməyə səy göstərənlərin cəzası ancaq öldürülmək və ya çarmıxa çəkilmək, ya əl və ayaqlarını çarpazvari kəsmək və yaxud da yaşadıqları yerdən sürgün edilməkdir. Bu, onlar üçün dünyada bir rüsvayçılıqdır. Axirətdə isə onları böyük bir əzab gözləyir”. (Qurani-Kərim, “Maidə” surəsi, 33-cü ayə)
“Allaha və Onun Elçisinə (Allahın ona salavat və salamı olsun) qarşı vuruşmaq adı altında Ona və Onun Elçisinə (Allahın ona salavat və salamı olsun) bəslənən düşmənçilik münasibəti və həmçinin kafirlik, qətllər, özgəsinin malını mənimsəmə və ya yollarda quldurluq etmə vasitəsilə yer üzündə fitnə-fəsad yaymaq nəzərdə tutulur.
Yaxşı məlumdur ki, bu şərəfli ayə şəhərlərdə və ya kimsəsiz yerlərdə insanlara basqın edən, onların malını zəbt edən, onları öldürən, insanların ürəklərinə qorxu salan, onları yollarla səfərə çıxmaqdan əl çəkməyə məcbur edən yolkəsən quldurlar haqqında nazil olmuşdur. Uca Allah da bildirir ki, bunun əvəzi sadalanan cəzalardan biridir. Bu cəza quldurlar üçün bu dünyada rüsvayçılıq və biabırçılıqdır. Axirət həyatında isə onları böyük bir cəza gözləyir. Buradan aydın olur ki, yollarda quldurluq etmək, insanları yer üzündə yaşadıqca rüsvayçılığa və öldükdən sonra isə cəzaya məhkum edən ağır günahlara aiddir və həm də belə rəftar etdikdə insan Allahla və Onun Elçisi (Allahın ona salavat və salamı olsun) ilə müharibəyə başlayır. Əgər bu cinayət bu qədər ağırdırsa, onda yer üzünü azğınlıq törədən şərəfsizlərdən təmizləmək, yollarda təhlükəsizliyi təmin etmək və insanları öz həyatı və əmlakı üçün qorxu hissi keçirməkdən xilas etmək ən böyük xeyirxah əməllərdən və Allahın bəyəndiyi ən gözəl işlərdəndir. Belə yaxşı əməllər yer üzündə əmin-amanlığı və doğruçuluğu təmin edir və yer üzündə fitnə-fəsadın yayılmasının əks göstəricisidir”. (Bax: “Təfsir Əs-Saadi”)