Ekspert rəyi: Rusiyadan qisas alınır
1. 040 dəfə baxılıb
Rusiya bir növ daxili böhran mərhələsinə qədəm qoyub.
Selefxeber.az-ın məlumatına görə, bu sözləri “Axar.az”-a açıqlamasında sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. Politoloqun sözlərinə görə, Rusiyanı bürüyən etiraz dalğası, əslində, ölkənin siyasi elitasına bir xəbərdarlıq idi:
“Rusiya əhalisinin maddi rifah halının pisləşməsi bunu doğuran əsas səbəblərdən idi. Bunun ardınca ölkədə baş verən terror isə milli təhlükəsizliyin kifayət qədər zəif olduğunu göstərdi. Rusiya bir növ daxili böhran mərhələsinə qədəm qoyub. Bu böhran həm aşağı və yuxarı təbəqədə, həm də siyasi elitada hiss olunmaqdadır. Zənnimcə, bunun ram edilməsi o qədər də asan olmayacaq. Hazırda Rusiyadan qisas almaq istəyən qüvvələr kifayət qədərdir. Bu qısasçılar nəinki ölkə daxilində, eyni zamanda, ölkə xaricindədir və Suriyadan başlayaraq böyük bir ərazini əhatə edir. Daxildə isə daha çox çeçenlər və bu əhval-ruhiyyədə olan digər kütələr üstünlük təşkil edir”.
Politoloq bildirib ki, Rusiyadakı bu təhlükəli vəziyyət yaxın zamanlarda müəyyən müddətə dayandırılsa da, ölkədə kütləvi çıxışların təkrarlanması ehtimalı kifayət qədər böyükdür:
“Putin bir sıra rəhbərləri vəzifədən çıxarmaqla qaynayan qazanın buxarını boşaltmağa çalışsa da, partlayış hər an baş verə bilər. Baş verən terrora Rusiyanın xaricdə cavab vermək imkanları da olduqca məhduddur. Üstəlik, ABŞ başda olmaqla, bir sıra ölkələr Rusiyaya yeni sanksiyalar tətbiq etmək niyyətindədirlər. Bu isə ölkənin hazırkı durumunu və iqtisadi vəziyyətini daha da ağırlaşdırıcaq”.