Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

Əl-Babda partlayış – 60 nəfər ölüb, 100 nəfər yaralanıb

Fevral 24
17:47 2017

Selefxeber.az-ın məlumatına görə, “Eurasiadiary.az” xəbər verir ki, Suriyanın Əl-Bab rayonunun şimalındakı Susyan kəndində Azad Suriya Ordusunun (ASO) qərargahına minalanmış avtomobillə hücum edilib. Partlayış nəticəsində əksəriyyəti mülki vətəndaş olmaqla, 60 nəfər ölüb, 100-dən çox insan yaralanıb. Yaralılardan 41 nəfəri Türkiyə sərhədinə gətirilərək Kilisdə xəstəxanaya yerləşdirilib.

İŞİD qruplaşmasına aid minalanmış avtomobil Əl-Baba qayıtmaq üçün qərargahın qarşısına toplaşmış dinc sakinlərin yanında partladılıb.

Xatırladaq ki, Türkiyə Silahlı Qüvvələrinin dəstəklədiyi Azad Suriya Ordusu ƏL-Bab şəhərini İŞİD-dən dünən azad etmişdi. Əl-Bab İŞİD qruplaşmasının Suriyada əsas dayaq məntəqələrindən biri sayılır. “Fərat qalxanı” əməliyyatı çərçivəsində birgə hərəkət edən Türkiyə Silahlı Qüvvələri və ASO son iki ayda qüvvələrini şəhərin azad olunması istiqamətində cəmləmişdi. Təxminən bir həftə əvvəl onlar şəhərə girməyə nail olmuşdular.

“Fərat qalxanı” əməliyyatının başladığı vaxtdan indiyədək 1900 kvadratkilometrdən çox ərazi terrorçulardan təmizlənib, ASO Türkiyə sərhədindən Suriyanın içərilərinə doğru 39 kilometr irəliləməyə nail olub.

Digər xəbərlər