“Əl Qaidə” adlı loqinə görə reys təxirə salındı
Noyabr 10
17:17
2014
842 dəfə baxılıb
“Sələf Xəbər” www.lenta.ru saytına istinadən xəbər verir ki, American Airlines hava yolları şirkəti Los-Anceles hava limanında şübhəli Wi-Fi şəbəkəsinin aşkarlanması səbəbilə beynəlxalq reysi ləğv edib. Bu barədə ABC7 xəbər agentliyi bildirir.
“Al-Qaida Free Terror Network” (“Əl-Qaidə” pulsuz terror şəbəkəsi) adlı şəbəkəni Los-Anceles-London reysi ilə uçmalı olan sərnişinlərdən biri aşkarlayıb.
Həmin sərnişin qəribə adlı şəbəkə barədə stüardessaya xəbər verib. Nəticədə 136 nömrəli reys yerli vaxtla 13:00-dək təxirə salınıb.
Şirkət nümayəndələri hadisə barədə polisə xəbər verib. Hal-hazırda hüquq-mühafizə orqanları hadisə barədə məlumat toplayır. Hava limanının mətbuat xidməti baş verən hadisə barədə şərh verməyib.