Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

“Əl-Qaidə” Afrikada hotelə hücum edib

Yanvar 16
15:00 2016

Yanvarın 15-də naməlum silahlılar Burkina-Fasonun paytaxtı Uaqaduqu şəhərində “Splendid” hotelinə hücum edib.

İlkin məlumata görə, hücum nəticəsində 20 nəfər ölüb, 15 nəfər yaralanıb.

“Sələf Xəbər” APA-ya istinadən xəbər verir ki, bu barədə ölkənin rəsmiləri bildirib.

Burkina-Fasonun Xarici İşlər naziri Alfa Barri bildirib ki, insidentdə ölənlərin və girov götürülənlərin vətəndaşlığı hələ müəyyən edilməyib.

“Splendid” hotelində silahlıların girov götürdüyü 33 nəfər polisin keçirdiyi əməliyyat nəticəsində azad edilib.

Hücuma görə məsuliyyəti “Əl-Qaidə”nin yerli qolu “Məğrib” qrupu üzərinə götürüb.

Sələf Xəbər: XX əsrin görkəmli İslam alimi Əbdüləziz bin Bəz (Allah ona rəhmət etsin) deyib: “Şübhə yoxdur ki, bu terror aktlarını törədənlər Allaha və Qiyamət gününə iman etməyənlərdir. Allaha və Qiyamət gününə həqiqi iman etmiş kəslər arasında küllü ziyan və böyük fəsad gətirən belə iyrənc cinayət törədənləri tapmazsan. Belə əməlləri yalnız qəzəb, nifrət, paxıllıq və azarla dolub-daşan eyibli qəlb sahibi, qəlbində Allaha və Onun elçisinə (Allahın ona salavat və salamı olsun) həqiqi iman olmayan kəslər edə bilər!” (“Fətava ibn Baz”, 7/120)

Digər xəbərlər