“Əl Qaidə”nin Afrika qanadı sülhməramlılara hücum edib – 50 hərbçi öldürülüb
Yanvar 15
18:45
2016
655 dəfə baxılıb
Somalidə fəaliyyət göstərən “Əl Şabab” qruplaşması Somalidə yerləşən Keniya hərbi bazasına hücum edib.
“Sələf Xəbər” Modern.az-a istinadən xəbər verir ki, qəfil hücum zamanı azı 50 keniyalı hərbçi öldürülüb.
Terrorçular hərbi bazanın qapılarını bomba yüklü avtomobillə partladaraq kazarmalara basqın ediblər. Keniya kontingenti Somalidə Afrika Birliyinin mandatı altında sülhməramlı missiya gerçəkləşdirirdi.
“Əl-Şabab” qruplaşması “Əl Qaidə”nin Afrika qanadı hesab olunur.
Sələf Xəbər: XX əsrin görkəmli İslam alimi Əbdüləziz bin Bəz (Allah ona rəhmət etsin) deyib: “Şübhə yoxdur ki, bu terror aktlarını törədənlər Allaha və Qiyamət gününə iman etməyənlərdir. Allaha və Qiyamət gününə həqiqi iman etmiş kəslər arasında küllü ziyan və böyük fəsad gətirən belə iyrənc cinayət törədənləri tapmazsan. Belə əməlləri yalnız qəzəb, nifrət, paxıllıq və azarla dolub-daşan eyibli qəlb sahibi, qəlbində Allaha və Onun elçisinə (Allahın ona salavat və salamı olsun) həqiqi iman olmayan kəslər edə bilər!” (“Fətava ibn Baz”, 7/120)