Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

Əməliyyatda İŞİD-in Gürcüstandakı nümayəndəsi saxlanılıb

İyun 15
15:26 2015

Gürcüstan Daxili İşlər Nazirliyi Pankisi dərəsində xüsusi əməliyyat keçirib.

“Sələf Xəbər” “A24.az”-a istinadən bildirir ki, Gürcüstan bürosunun məlumatına görə, bu barədə nazirliyin açıqlamasında bildirilir.

Məlumata görə, Pankisi dərəsində yaşayan yerli sakinlərin Suriyaya göndərilməsində əli olan 5 nəfər həbs olunub.

“Rustavi 2″ televiziyası xəbər verib ki, əməliyyat nəticəsində İŞİD terror xəvaric qruplaşması liderlərindən biri olan Tarxan Batiraşvilinin yaxın qohumu və İŞİD terror xəvaric qruplaşmasının Gürcüstandakı nümayəndəsi adlandırılan Qayoz Borçaşvili saxlanılıb.

Pankisidən başqa, Tiflisdə də xüsusi əməliyyatın keçirildiyi bildirilir. Gürcüstanın Daxili İşlər nazirinin əməliyyatla bağlı geniş açıqlaması gözlənilir.

Sələf Xəbər: Mədinənin böyük alimi Şeyx Əbdül Mühsin Əl-Abbad (Allah onu qorusun) “Bir çoxları deyir ki, hal-hazırda mövcud olan “İslam Dövləti” İŞİD xəvariclərdir. Bu doğrudurmu?” sualına belə cavab vermişdir: “Şübhəsiz ki, belədir. Onların sifətləri və əməlləri dəlildir ki, onlar xəvaricdir.
Bu İslam dövləti deyil, İŞİD terror xəvaric qruplaşmasıdır. Onları İŞİD terror xəvaric qruplaşması adlandırmaq lazımdır. Bu ad onlar üçün daha münasibdir. Məgər İslam dövlətində insanların başını bıçaqla kəsirlər? Məgər İslam dövlətində fəsad yayılır və günahsız insanlar qətlə yetirilir? Xülasə, onların -İŞİD terror xəvaric qruplaşmasının İslama aidiyyəti yoxdur”.

Digər xəbərlər