Ən etibarlı və etibarsız avtomobillər – REYTİNQ
898 dəfə baxılıb
Almaniyada TÜV, Dekra və GTÜ ekspertləri etibarlılığa görə avtomobillərin reytinqini açıqlayıblar.
“Sələf Xəbər” AzVision.az-a o da oxu.az-a istinadən xəbər verir ki, almanlar 8,5 milyona yaxın test keçiriblər, bu testlərdə 226 müxtəlif istifadə edilmiş avtomobil qiymətləndirilib. Ən etibarlı isə alman və yapon istehsalı olan avtomobillər, ən etibarsız isə fransız avtomobilləri oldu.
Almanlar fransız avtomobillərini ən etibarsız avtomobil adlandırdılar. Ekspert dəyərləndirməsinin ümumiləşdirilmiş nəticələrinə görə alman mütəxəssislərinin müəyyən etdiyi reytinqin ilk beşliyində iki “Mercedes”: üçüncü nəsil SLK kabrioleti və yüksəkkeçimli GLK, üçüncü yerdə “Audi A1”, sonra isə “Mazda 2” və “Toyota Prius” durur.
Qırılmalara ən çox məruz qalan isə fransız avtomobil istehsalatının avtomobilləri hesab edilib. Ən böyük çatışmazlıqlar isə Renault Logan, Sandero, Megane və Laguna avtomobillərində qeydə alınıb. Bundan başqa almanlar Citroën C5 və gözlənilmədən BMW 5 Series (2003 ildən 2007-ci ilə qədər buraxılan E60 versiyası) haqqında da qənaətbəxş fikirdə olmayıblar.
Sələf Xəbər: Xatırladaq ki, Uca Allah 1400 il əvvəl Quranda, indiyədək bəşəriyyətə məlum olmayan müxtəlif nəqliyyat növlərinin meydana çıxması barədə bizə xəbər verib. Uca Allah buyurur: “Atları, qatırları və uzunqulaqları sizə həm minik, həm də zinət olsun deyə (Allah yaratdı). O, sizin hələ bilmədiyiniz bir çox şeylər də yaradacaqdır.” (Qurani-Kərim, “Ən-Nəhl” surəsi, 8-ci ayə).
Nüfuzlu Quran təfsirçisi, mərhum Əbdurrahman Əs-Saadi (Allah ona rəhmət etsin) bu ayəni şərh edərkən demişdir: “Uca Allah həmçinin xəbər verir ki, Quran nazil edildikdən sonra da insanları bilmədiyi çoxlu şeylər yaradılacaqdır. İnsanlar quruda, dənizdə və havada istifadə ediləcək müxtəlif əşyalar icad edəcəklər Uca Allahın Quranda məhz nəqliyyatı xatırlatması ona görədir ki, bu – Onun insanlar üçün böyük lütflərindən biridir. Hələ bundan bir az əvvəl, maşın, qatar, təyyarə və başqa nəqliyyat növlərinin ixtirasına qədər, insanlar hər hansı rahatlıq olmadan yola həftələr, hətta aylar sərf edirdi, bu gün isə biz rahat şəkildə gün ərzində dünyanın istənilən nöqtəsinə çatırıq, bu da şübhəsiz ki, Uca Allahın bir lütfüdür.”