Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

Ən güclü orduların REYTİNQi

İyun 29
16:25 2017

Global Firepower beynəlxalq analitik mərkəzi 2017-ci il üçün dünyanın ən güclü silahlı qüvvələrinin yeni reytinqini dərc edib.

Selefxeber.azModern.az”a istinadən xəbər verir ki, Azərbaycanın hərbi gücləri siyahıda 59-cu yerdə göstərilib.

132 ölkənin reytinqində bədnam qonşumuz Ermənistan 95-ci yerdədir, Cənubi Qafqazın digər dövləti Gürcüstan isə 80-ci pillədə yerləşdirilib.

Dünyanın ən güclü ordularının reytinqində ilk “beşlik”də ABŞ, Rusiya, Çin, Hindistan və Fransa qərarlaşıb. Türkiyə 8-ci, İran 20-cidir.

Reytinq 50 kriteriya üzrə müəyyənləşdirilib. Bu zaman ölkənin hava, su və qurudakı potensial imkanları qiymətləndirilib. Həmçinin, insan resursları, maliyyə, coğrafiya amilləri nəzərə alınıb. Eyni zamanda, əsas diqqət silahların sayına deyil, müxtəlifliyinə göstərilib.

Digər xəbərlər