Ər-Riyadda İŞİD üzvü olduğu ehtimal edilən şəxs öldürülüb
1. 294 dəfə baxılıb
Dünən Səudiyyə Ərəbistanının təhlükəsizlik qüvvələri paytaxt Ər-Riyadda İŞİD terror təşkilatının üzvü olduğu ehtimal edilən şəxsin saxlanılması ilə əlaqədar əməliyyat keçirib.
Selefxeber.az “Alarabiya”ya istinadən bildirir ki, SPA agentliyinin verdiyi məlumata görə, dünən axşam saatlarında paytaxt ər-Riyadın ər-Rəyyan qəsəbəsində İŞİD-ə mənsub şübhəli şəxsin olması barədə məlumat daxil olan kimi, təhlükəsizlik qüvvələri ərazini mühasirəyə alıb, şübhəlini həbs etməyə cəhd ediblər. Şübhəli şəxs üstündəki silahdan atəş açdıqda, təhlükəsizlik qüvvələri cavab atəşi ilə onu zərərsizləşdirib, dinc sakinlərdən heç kəs xəsarət almayıb. Terrorçunun köməkçisi isə sağ ələ keçirilib. Hal-hazırda hadisə barədə araşdırma gedir.
Sələf Xəbər: Mədinənin böyük alimi Şeyx Əbdül Muhsin Əl-Abbad (Allah onu qorusun) “Bir çoxları deyir ki, hal-hazırda mövcud olan İslam Dövləti (İŞİD) xəvariclərdir. Bu doğrudurmu?” sualına belə cavab vermişdir:
“Şübhəsiz ki, belədir. Onların sifətləri və əməlləri dəlildir ki, onlar xəvaricdir.
Bu İslam dövləti deyil, İŞİD-dir. Onları İŞİD adlandırmaq lazımdır. Bu ad onlar üçün daha münasibdir. Məgər İslam dövlətində insanların başını bıçaqla kəsirlər? Məgər İslam dövlətində fəsad yayılır və günahsız insanlar qətlə yetirilir? Xülasə, onların (İŞİD-in) İslama aidiyyəti yoxdur.”