Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

“Ərazilər qeyd-şərtsiz Azərbaycana qaytarılmalıdır” – ABŞ-dan İrəvana ŞOK

Avqust 24
16:55 2017

“Bu ərazilər üzərində Azərbaycanın müstəqilliyi bərpa edilməlidir!”

Selefxeber.az-ın “Publika.az”a istinadən məlumatına görə, bu sözləri ATƏT-in Minsk qrupunun amerikalı həmsədri, eyni zamanda ABŞ-ın Ermənistandakı səfiri Riçard Hoqland Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının əsas prinsiplərini “Amerikanın səsi”nin erməni xidmətində dərc edib.

Sənəddə işğal edilmiş ərazilər üzərində Azərbaycanın suverenliyinin qeyd-şərtsiz bərpasından danışılır.

Sənəddə bildirilir ki, Dağlıq Qarabağın mürəkkəb tarixini nəzərə alaraq tərəflər onun statusunu qarşılıqlı anlaşma və nəticələri hər iki tərəf üçün hüquqi qüvvə daşıyan referendum yolu ilə müəyyən etməlidir. Təklif edilir ki, rəsmi Bakının nəzərət etmədiyi keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisinə müvəqqəti status verilməlidir.

Ancaq sənədə əsasən, Dağlıq Qarabağın ətrafındakı ərazilər (həmsədr məhz “işğal edilmiş” ifadəsindən istifadə edib – red.) Azərbaycanın nəzarətinə qaytarılmalıdır. Qeyd olunur ki, bu ərazilərdə Azərbaycanın müstəqilliyi nəzərə alınmadan məskunlaşdırıla bilməz.

“Bu ərazilər üzərində Azərbaycanın müstəqilliyi bərpa edilməlidir”, – amerikalı diplomat qeyd edib.

Sənədə əsasən, Dağlıq Qarabağı Ermənistanı bağlayan dəhliz olmalıdır. Dəhliz təhlükəsiz hərəkət üçün kifayət qədər geniş olmalıdır. Amma dəhliz tamamilə bütün Laçın rayonunu tuta bilməz. Riçard Hoqland bildirir ki, uzunmüddətli nizamla bütün məcburi köçkün və qaçqınların öz yaşayış yerlərinə geri qayıtması hüququ tanınmalıdır.

Amerikalı diplomata görə, nizamlanma prosesi özündə beynəlxalq təhlükəsizlik təminatını da əks etdirməlidir. Buraya sülhməramlı missiyanın yeridilməsi də daxildir.

“Çünki sülhün yaxşı hazırlaşdırılmış və hər iki tərəfin etimadını qazanmış sülhməramlı missiyasız təmin edilməsinin ssenarisi mövcud deyil”, – sənəddə deyilir.

Sənəd “Amerikanın səsi”ndə “Təcili” qrifonu altında dərc edilib. Maraqlıdır ki, sənədin nəşri Soçidə Rusiya və Ermənistan prezidentləri – Vladimir Putin və Serj Sarkisyan arasında keçirilən görüşlə üst-üstə düşüb. Görüşdə Dağlıq Qarabağ problemi də müzakirə edilib.

Digər tərəfdən, dərc edilmiş sənəd yeni xəbər deyil. Sənəd demək olar ki, Madrid prinsiplərinin eynisidir. Bu prinsiplər Azərbaycanın işğal edilmiş ətraf rayonların hamısının üzərində suverenliyinin tam bərpasını və Dağlıq Qarabağa isə müvəqqəti aralıq statusun verilməsini nəzərdə tutur. Ermənistan Xarici İşlər Nazirliyi sənədi şərh etməkdən imtina edib. Lakin o erməni mediası tərəfindən təlaşla qarşılanıb. Sənədin İrəvana ciddi zərbə olduğu bildirilir.

Riçard Hoqland sənədi açıqladıqdan sonra bildirib ki, həmin prinsiplər Madrid prinsiplərinə əsaslanmaqla beynəlxalq vasitəçilərin ümumi mövqeyini əks etdirir.

Digər xəbərlər