Ərdoğan ABŞ-ı İŞİD-i maliyyələşdirməkdə ittiham etdi
1. 085 dəfə baxılıb
“İŞİD-ə çoxlu dollar vermisiniz”.
Selefxeber.az-ın məlumatına görə, “Report” xəbər verir ki, bunu ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının əyalət təşkilatları sədrlərinin genişləndirilmiş toplantısında bildirib.
O qeyd edib ki, ortada çox sadə formada cavablandırılacaq suallar var: “Amma ABŞ bununla dalana dirənib. Raqqa, Mümbiç, Deyirzor bu məsələlərə daxildir. Dedik ki, gəlin, bu işləri birlikdə həll edək. ABŞ-ın keçmiş prezidenti Barak Obmanın dəfələrlə söz verməsinə baxmayaraq, verdikləri vədə əməl etmədilər. “YPG”-nin (terrorçu PKK-nın Suriyadakı qolu – red.) terror təşkilatı olduğunu söylədik. Dedilər ki, artıq onlarla deyil “SDG” (“YPG” və “PYD”-dən ibarət Suriya Demokratik Gücləri – red.) ilə əməkdaşlıq edirik. Vətəndaşım məndən İŞİD-ə qarşı mübarizəni soruşur. Siz nə etdiniz? Siz 12 min kilometr uzaqlıqdan Suriyaya niyə gəlmisiniz? Adama bu sual verilməzmi? İŞİD-ə çoxlu dollar vermisiniz. Mənim hərbçilərim Azad Suriya Ordusu ilə birlikdə qəhrəmanca mübarizə apardı. 2 min kv. km-lik ərazini İŞİD-dən təmizlədi”.
Türkiyə prezidenti deyib ki, əvvəllər də kimin harada nə etdiyi haqqında geniş məlumata malik olublar: “ABŞ-ın bu qruplaşmalar vasitəsilə həyata keçirmək istədiyi ssenarini bilirik. İttifaq başqa bir şey, müttəfiqliyə sığmayacaq hərəkətləri etmək tam başqa bir məsələdir. Biz Afrində ABŞ-la birgə hərəkət etməyəcəyik. ABŞ həmişə razılaşmaları pozur”.
Sələf Xəbər: Mədinənin böyük alimi Şeyx Əbdül Muhsin Əl-Abbad (Allah onu qorusun) “Bir çoxları deyir ki, hal-hazırda mövcud olan İslam Dövləti (İŞİD) xəvariclərdir. Bu doğrudurmu?” sualına belə cavab vermişdir:
“Şübhəsiz ki, belədir. Onların sifətləri və əməlləri dəlildir ki, onlar xəvaricdir.
Bu İslam dövləti deyil, İŞİD-dir. Onları İŞİD adlandırmaq lazımdır. Bu ad onlar üçün daha münasibdir. Məgər İslam dövlətində insanların başını bıçaqla kəsirlər? Məgər İslam dövlətində fəsad yayılır və günahsız insanlar qətlə yetirilir? Xülasə, onların (İŞİD-in) İslama aidiyyəti yoxdur.”