Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

Ərdoğan ABŞ-ı sərt tənqid etdi və türk ordusunun – VURACAĞI HƏDƏFLƏRİ GÖSTƏRDİ

Oktyabr 24
15:51 2017

Türkiyə Suriyanın şimalında PKK/PYD terror təşkilatına məxsus Afrin kantonunu hər an vura bilər.

Selefxeber.azPublika.az”a istinadən xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan deyib.

Ərdoğa ABŞ-ı PKK-ya dəstək verdiyi üçün sərt tənqid edib.

“Amerika Suriyada PKK-nın “övladı” olan PYD/YPG ilə Rakka əməliyyatını həyata keçirir. Sonra da “PKK deyil” deyirlər. Rakkada separatçının (PKK lideri Öcalan – red.) fotosunun asılmasını necə izah edəcəksiniz? Biz faktlarla danışırıq. 3 min 500-dən çox TIR bölgəyə silah daşıyır. Bu silahların hara aparıldığını yaxşı bilirik”, – deyə o bildirib.

İdlib əməliyyatının böyük qisminin başa çatdığının vurğulan Ərdoğan “hədəfimizdə Afrin var” deyə bildirib: “Daha əvvəl nə dedik? Bir gecə qəfil gələ bilərik, bir gecə qəfil vura bilərik”.

Digər xəbərlər