Ərdoğan Beynəlxalq Valyuta Fondu və Dünya bankına qarşı kəskin sözlər söylədi
1. 257 dəfə baxılıb
İnkişafda olan ölkələrin Beynəlxalq Valyuta Fondu və Dünya Bankından borclanması köləliyin yeni formasıdır.
Selefxeber.az-ın Axar.az-a istinadən xəbərinə görə, bunu İstanbulda Türkiyə-Afrika iqtisadi biznes forumunun açılışında çıxışı zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan söyləyib. Onun sözlərinə görə, Türkiyə heç vaxt koloniya olmaq niyyətində deyil:
“Siz öz iqtisadiyyatınızı inkişaf etdirmək istəyirsiniz və bu zaman sizə yeganə yol kimi BVF və DB-nin verəcəyi kreditlər təklif edilir. Bu cür qloballaşma müstəmləkəçilik və köləliyin yeni modelidir. Bu, iqtisadiyyat, sənaye, siyasi sistem və ağıla qandalların taxılması cəhdidir”.
Sələf Xəbər: “Allah sələmi puç edir, sədəqələri isə artırır.” (Müqəddəs Quran, “Bəqərə” surəsi, 276-cı ayə).
“Uca Allah xəbər verir ki, müamiləçilərin və sələmçilərin qazancını puç edəcək, xeyriyyəçilərin isə sədəqələrini artıracaq. Amma çox vaxt adamlara elə gəlir ki, əslində hər şey əksinə baş verir. Bəziləri sədəqənin onları var-dövlətdən məhrum etdiyini, sələmin isə xoş güzəranlarını daha da artırdığını hesab edirlər. Zənginlik və dünya malı Uca Allahın əlindədir və onları əldə etməyə layiq olmaq ancaq halal əməllər sayəsində və Allahın hökmlərini yerinə yetirməklə mümkündür. Əgər insan sələm yeməyə cəsarət edirsə, o, hökmən cəzaya məruz qalacaqdır. Belə insanların taleyi onların gözlədiklərinin əksinə yekunlaşır ki, bunu ətrafımızda baş verən hadisələr də təsdiq edir.” (Bax “Təfsir Əs-Saadi”).