Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

Ərdoğan: “Çərşənbə günü önəmli qərarlar açıqlanacaq”

İyul 19
16:11 2016

“Çərşənbə günü Milli Təhlükəsizlik Şurası və Nazirlər Kabineti toplanacaq, önəmli qərarlar açıqlanacaq”.

Selefxeber.az-ın APA-ya istinadən məlumatına görə “Anadolu” agentliyinin verdiyi xəbərə görə, bunu İstanbulda vətəndaşlar qarşısında çıxış edən Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan bəyan edib.

Ərdoğan bildirib ki, yaxın günlərdə ölkənin Ədliyyə nazirliyi müvafiq sənədləri hazırlayaraq Fətullah Gülənin ekstradisiyası ilə bağlı ABŞ-a rəsmi müraciət edəcək.

Ölüm cəzasının bərpası ilə bağlı Ərdoğan bildirib ki, xalq tərəfindən belə bir tələb irəli sürülübsə o zaman məsələyə parlamentdə baxılmalıdır: “Parlament edam qərarını qəbul etsə, mən onu təsdiq edəcəm. ABŞ-da ölüm cəzası yoxdurmu? Çində yoxdurmu? Ölüm cəzası yalnız Avropa İttifaqına üzv ölkələrdə yoxdur. Biz buna bir imza atdıq, doğrudur. Lakin bu imza necə atılıbsa, eləcə də geri götürülə bilər. Yetər ki parlamentimiz qərar versin”, deyə Ərdoğan bildirib.

Qeyd edək ki, Türkiyədə bu ilin 15 iyulunda hərbi çevrilişə cəhd olub. Cəhdin qarşısını almaq üçün meydanlarda toplaşanlar qiyamçıların cəzalandırılması üçün ölüm cəzasının bərpasını tələb edən şüarlar səsləndiriblər.

Sələf Xəbər: Müsəlmanların bütün xeyirli işlərində Allahdan müvəffəqiyyət diləyirik.

Digər xəbərlər