Ərdoğan işğal edilmiş Azərbaycan rayonlarının azad edilməsindən danışdı
847 dəfə baxılıb
Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında irəliləyişlər var.
“Sələf Xəbər”in “Oxu.Az”- a istinadən xəbərinə görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, ABŞ, Fransa və Rusiya 23 ildən çoxdur ki, Dağlıq Qarabağ münaqişəsini nizamlaya bilmirlər. Onun sözlərinə görə, əgər birinci növbədə Azərbaycanın 5 rayonu erməni işğalından azad edilərsə, o zaman regionda sözün əsl mənasında, vəziyyətin normallaşması prosesi başlaya bilər.
“Bütün dünya Azərbaycan ərazisinin Ermənistan tərəfindən işğal edildiyini dərk edir. Əgər bunu hamı tanıyarsa, niyə də bu işğala son qoyulmasın?” – deyən Türkiyə prezidenti onu da qeyd edib ki, hazırda Rusiya prezidenti Vladimir Putin bu məsələ üzərində işləyir.
Azərbaycan-Türkiyə-Rusiya üçtərəfli formatın yaradılmasından danışarkən prezident bildirib ki, Azərbaycan Türkiyə və Rusiya kimi bu formata müsbət yanaşır. Onun sözlərinə görə, Türkiyə və Azərbaycan XİN rəhbərləri Azərbaycan-Türkiyə-Rusiya üçtərəfli formatının yaradılmasını müzakirə ediblər.
“Bu formatın yaradılmasının əsas məqsədi regionda məsələləri təqib etmək və nəzarət etməkdir”, – Ərdoğan deyib.
Avqustun 9-da Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib ki, Azərbaycan, Türkiyə və Rusiya üçtərəfli əməkdaşlıq mexanizmi yarada bilər.
Sələf Xəbər: Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Kim bir möminin dünya kədərlərindən (sıxıntılarından) birini azaldarsa, Allah-Təala Qiyamət günü onun kədərlərindən (sıxıntılarından) birini azaldar. Kim çətinliyə düşənin işini asanlaşdırarsa, Allah Təala də onun işini dünyada və axirətdə asanlaşdırar. Allah, öz qardaşına kömək edən bəndənin köməyində olar”. (Müslim, 4/ 2074/ № 2699)