Ərdoğan: “Mosulda qardaşlarımız var, kənarda qalmağımız mümkün deyil”
1. 907 dəfə baxılıb
“Mosulda hərbi əməliyyatlar başladı. Özlərinə dedik. Baş Qərargah rəisi Hulusi Akar ABŞ-da həmkarıyla görüşüb. Bir saat bundan əvvəl Akarla telefonda danışdım, hansı addımları atırıq, bunları danışdıq. Türkiyənin iştirak etmədiyi əməliyyatlarda baş verəcək nəticələrdən biz məsul deyilik.”
Selefxeber.az xəbər verir ki, Admiral.az-ın məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb tayyib Ərdoğan deyib.
Ərdoğan bildirib ki, Türkiyə əməliyyatlarda da, danışıqlarda da iştirak edəcək: “Çünki burada bizim tarix yatır”.
Mosul yaxınlığında yerləşən Başikada hərbi baza ilə bağlı danışan Ərdoğan bəyan edib ki, heç kim bizim bu bölgədən çıxacağımızı gözləməsin.
“Mosulda qardaşlarımız var. Ərəblər, Türkmənlər, Kürdlər qardaşlarımızdır. Hətta şimala doğru getdikcə sərhədə yaxın bölgələrdə qohumlar var. Bizim bu məsələdə səsiz qalmağımız mümkün deyil. “Başikadan çıxın” deyirlər. Bunu bizdən heç kim tələb edə bilməz. Biz Başikadayıq və oradakı İŞİD terror qruplaşmasına qarşı hər cür əməliyyatları bu günə qədər həyata keçirdik və davam edəcəyik”, – Türkiyə Prezidenti deyib.
Ərdoğan onu da əlavə edib ki, məsələ terror qruplaşması ilə mübarizə aparmaqdırsa, Türkiyə əvvəldən bəri Başika düşərgəsində mübarizəni aparır.
“Mosuldakı qardaşlarımıza Başika bazasında İŞİD terror qruplaşmasıyla mübarizə apara bilsinlər deyə təlim keçdik. Eyni zamanda Peşmərgəyə də təlimlər keçən bizik. Əgər bunlar olmasaydı bu ana qədər İŞİD-ə qarşı mübarizə aparan düz əməlli döyüşçülər tapa bilməzdiniz”, – Ərdoğan bəyan edib.