Ərdoğan Putindən üzr istəyib
844 dəfə baxılıb
Türkiyə lideri Rusiya prezidentinə məktub ünvanlayıb.
Selefxeber.az-ın oxu.az-a istinadən məlumatına görə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Su-24 hərbi təyyarəsinin pilotunun vurulması ilə bağlı Rusiya prezidenti Vladimir Putinə başsağlığı məktubu göndərib.
RİA Novostinin məlumata görə, bu haqda məlumatı Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Mətbuat katibinin sözlərinə görə, Ərdoğan məktubunda “üzr istəyirəm” ifadəsindən istifadə edib.
Bundan əlavə, Türkiyə prezidenti Moskvanı Ankaranın strateji tərəfdaşı adlandırıb və ölkəsinin Rusiya ilə münasibətləri korlamaq istəmədiyini qeyd edib.
Sələf Xəbər: “Əgər onlar sülhə meyl etsələr, sən də ona meyl et və Allaha təvəkkül et! Həqiqətən, O, Eşidəndir, Biləndir.” (Müqəddəs Quran, “Ənfal” surəsi, 61-ci ayə)
Nüfuzlu Quran təfsirçisi, Əbdurrahman Əs-Saadi (Allah ona rəhmət etsin) bu ayəni şərh edərkən demişdir: “Sənin əleyhinə döyüşən kafirlər sülh müqaviləsi imzalamaq və döyüş əməliyyatlarına son qoymaq istəsələr, sən də sülhmüqaviləsi imzalamağa razılaş və Allaha təvəkkül et! Həqiqətən, sülh sazişi bağlamaq böyük fayda gətirə bilər.
Birincisi, müsəlmanlardan həmişə sülhə və əmin-amanlığa can atmaq tələb olunur və əgər kafirlər birinci olaraq sülh bağlamaq arzusunu bildirirlərsə, müsəlmanlar bu təşəbbüsü müdafiə etməlidirlər.
İkincisi, döyüş əməliyyatlarına son verilməsi müsəlmanlara öz qüvvələrini toplamağa və zərurət yarandıqda növbəti döyüşlərə hazırlaşmağa imkan verir.
Üçüncüsü, sülh müqaviləsi imzalandıqdan sonra, düşmənçilik edən tərəflər bir-birini hədələməkdən vaz keçirlər və bir-birilərinin baxışları ilə daha yaxşı tanış ola bilərlər. İslam həmişə digər dinlərdən üstünlük əldə edir və heç bir din ona qalib gəlməyə qadir deyil. Buna görə hər bir ağıllı və sağlam düşüncəli insan İslam dinini qərəzsiz öyrənərsə, hökmən başqa dini əqidələrdən məhz ona üstünlük verər, axı İslam özünün gözəl hökmləri və müdrik qadağaları ilə fərqlənir, məxluqlara ədalətli və mehriban münasibət bəsləməyi öyrədir. Bu dində zülm etməyə və sıxıntı verməyə yer yoxdur və buna görə sülh sazişinin bağlanması İslamı qəbul etmək və ona etiqad göstərmək istəyənlərin sayının artmasına səbəb olur. Bu isə o deməkdir ki, sülh şəraitində yanaşı yaşamaq müsəlmanlara kafirlər üzərində qələbə çalmağa kömək edir.” (Bax “Təfsir Əs-Saadi”)