Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

Ərdoğan: Türkiyə problemlərini özü həll edəcək

Noyabr 07
16:06 2016

“Qərb Türkiyə üçün yaxşı heç nə etməyib. 53 il ərzində Avropa İttifaqının astanasında saxlanılan Türkiyə qərbdən nə gözləyə bilər?”, – Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib. Ərdoğan bildirib ki, qərb Türkiyə üçün yaxşı heç nə etməyib və ölkə öz problemlərini müstəqil şəkildə həll etmək niyyətindədir.

Selefxeber.az-ın xəbərinə görə, bu barədə Oxu.Az “Anadolu” agentliyinə istinadən xəbər verir.

Türkiyə prezidenti bildirib ki, göstərilən səylər və bugünku tələbələrin yardımı ilə ölkə istənilən sınaqdan keçə bilər.

“Son üç il ərzində Türkiyə baş verənlərə qarşı fikrini dəyişib və özü üçün yeni yol müəyyənləşdirib”, – Ərdoğan əlavə edib ki, başqalarının nə deyəcəyi Türkiyə üçün maraqlı deyil.

Türkiyə prezidenti, həmçinin xalqın rifahı və ölkənin çiçəklənməsi üçün əlindən gələni edəcəyini vəd edib.

Digər xəbərlər