Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

Ərdoğana sui-qəsd çağırışı: Ankaranın reaksiyası

Aprel 24
15:32 2017

Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan fransız politoloq Filip Moro Defarqı məhkəməyə verir.

Selefxeber.az-ın məlumatına görə, “Axar.az” xəbər verir ki, bu barədə informasiyanı “Anadolu” agentliyi yayıb. Agentlik Ərdoğanın vəkili Hüseyn Aydın politoloq haqda prezidentin həyatına sui-qəsd çağırışı ittihamı ilə cinayət işi qaldırılması tələb edildiyini bildirib.

Qeyd edək ki, Defarq dünən Fransanın “BFM Biznes” televiziyasının “Dünya 7 gündə” proqramındakı çıxışında Türkiyədəki referendumun nəticələrinin dəyişdirilməsi üçün bütün qanuni yolların bağlandığını bildirib. O, nəticələri dəyişmək üçün ya vətəndaş müharibəsini başlatmaq, ya da Ərdoğanı öldürmək gərəkdiyini söyləyib.

Bundan sonra isə sosial şəbəkələrdə böyük etiraz başlayıb. Fransadakı türk diasporu rəsmi qurumların fakta münasibət bildirməsini, kanalın üzr istəməsini tələb edən bəyanat yayıb.

Defarq fikrini düzgün ifadə etmədiyi üçün rəsmi şəkildə üzr istəyib.

Digər xəbərlər