Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

Ərdoğandan sensasion açıqlama: Xəyanətkar müttəfiq…

Dekabr 05
15:41 2017

Suriyadan sonra hədəf Misirdir.

Selefxeber.az-ın məlumatına görə, “Axar.az” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının qrup toplantısında çıxışı zamanı söyləyib.

“Burada bir şey açıqlayıram. Rakka əməliyyatındakı İŞİD döyüşçülərinin bundan sonra göndəriləcəyi haradır, bilirsinizmi? Misir, Sinay çölü. Onlar burada istifadə ediləcəklər. Vəzifələrini yaxından izləyəcəyik. Sözdə həssas olduğumuz məsələləri anladığını deyib, daha sonra hər cür xəyanət edən müttəfiqlə necə ortaq gələcək qura bilərik?” – deyə o bildirib.

Sələf Xəbər: Mədinənin böyük alimi Şeyx Əbdül Muhsin Əl-Abbad (Allah onu qorusun) “Bir çoxları deyir ki, hal-hazırda mövcud olan İslam Dövləti (İŞİD) xəvariclərdir. Bu doğrudurmu?” sualına belə cavab vermişdir:

“Şübhəsiz ki, belədir. Onların sifətləri və əməlləri dəlildir ki, onlar xəvaricdir.
Bu İslam dövləti deyil, İŞİD-dir. Onları İŞİD adlandırmaq lazımdır. Bu ad onlar üçün daha münasibdir. Məgər İslam dövlətində insanların başını bıçaqla kəsirlər? Məgər İslam dövlətində fəsad yayılır və günahsız insanlar qətlə yetirilir? Xülasə, onların (İŞİD-in) İslama aidiyyəti yoxdur.”

Digər xəbərlər