Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

Ərdoğanın ofisini dinləyənlər tutulub

Fevral 07
18:27 2015

Prezident Ərdoğan, ofisinə dinləmə cihazı yerləşdirən iki nəfərin Rumıniyadan qaytarılmasının tələb olunduğunu bildirib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Baş Nazir olduğu dövrdə ofisinə dinləmə cihazı yerləşdirən iki şəxsin yaxalandığını açıqlayıb.

“Sələf Xəbər” t24.com.tr-yə istinadən xəbər verir ki, jurnalistlərə açıqlama verən Türkiyə Prezidenti həmin şəxslərin Rumıniyada saxlandığını deyib:

“Ofisimi dinləyənlərdən iki nəfəri Rumıniyada yaxalanıb. Onlar öncə Xorvatiyaya, oradan Macarıstana, daha sonra isə Rumıniyaya qaçıblar. Dərhal onların Türkiyəyə ekstradisiya edilməsini tələb etmişik. İnanırıq ki, ən yaxın zamanda bu proses reallaşacaqdır”.

 Sələf Xəbər: Uca Allah buyurur: “Sizə bir uğur nəsib olsa, (bu) onları kədərləndirər. Sizə bir fəlakət üz verdikdə isə, buna fərəhlənərlər. Əgər səbr etsəniz və (Allahdan) qorxsanız, onların qurduğu hiylə sizi ziyana sala bilməz”. (Qurani-Kərim, “Ali İmran” surəsi, 120-ci ayə)

Digər xəbərlər