Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

Ərəb dünyasının ən böyük kitabxanası Dubayda olacaq

Noyabr 30
15:41 2016

Birləşmiş Ərəb Əmirliklərinin vitse prezidenti və baş naziri Dubay əmiri Şeyx Muhamməd bin Rəşid əl Məktumun müvafiq fərmanına əsasən, Dubay şəhərində ərəb dünyasının ən böyük kitabxanası tikiləcək.

Selefxeber.az-ın russianemirates.com-a istinadən xəbərinə görə, Muhamməd Bin Rəşidin adını daşıyacaq yeni kitabxananın tikilməsi ilə yanaşı, kitabxananın fondu üçün idarə heyətinin yaradılması da nəzərdə tutulub.

Dəyəri 1 milyard dirhəm ( 272, 2 milyon dollar) hesablanan kitabxanada 1,5 milyon kitab cildi, 1 milyon audio-kitab və 2 milyon elektron-kitab olacaq. Ərazisi bir milyon kvadrat futdan daha geniş bir sahəni əhatə edəcək kitabxana bir ildə 42 milyon ziyarətçi qəbul etmək üçün hazırlanacaq. Həmçinin yeni kitabxanada mütəmadi olaraq il ərzində 100-dən çox mədəni tədbirlərin təşkil olunması planlaşdırılır.

Kitabxana nəzdnində fəaliyyət göstərəcək fond yerli, regional və qlobal səviyyədə təşkilatın inkişafına yardım edəcək.

Sələf Xəbər: Uca Allah buyurur: “Allah da sizdən iman gətirənlərin və özlərinə elm verilmiş kimsələrin dərəcələrini ucaltsın…” (Qurani-Kərim, “Mücadilə” surəsi, 11-ci ayə)

“Müsəlmanların ehtiyacı olan və ümmətin rifahının asılı olduğu (tibb, kənd təsərrüfatı, sənaye və s. kimi) bu və ya digər dünyəvi elmi və ya ixtisası öyrənən və müsəlman ümmətinə xeyir gətirmək üçün onu tətbiq edən müsəlman, həmçinin, Allahın dərəcələrini ucaltdığı kəslərin sırasına daxildir.” (Səudiyyə Ərəbistanının Fətvalar üzrə Daimi Komitəsinin fətvalarından: 77/12)

Digər xəbərlər