Erməni ordusunu yox edən müqavilənin şərtləri açıqlandı
1. 518 dəfə baxılıb
Rusiyanın Ermənistanla imzaladığı vahid ordu birləşmələri haqqında razılaşmanın şərtləri bəlli olub.
Selefxeber.az-ın məlumatına görə, Axar.az xəbər verir ki, razılaşmanın şərtlərini Vətəndaşların Məlumatlandırılması İttifaqı yayıb.
Razılaşmaya əsasən, vahid ordu birləşməsinin tərkibinə Rusiyanın Ermənistandakı 102-ci hərbi bazası və Ermənistanın 5-ci ordu korpusu (Bu korpus İrəvan yaxınlığında yerləşir – red.) daxil ediləcək. Qruplaşmaya Rusiya prezidentinin razılığı ilə Ermənistan dövlət başçısı komandan təyin edəcək.
Sülh vaxtı qruplaşma Ermənistan ordusunun Baş Qərargahına, müharibə zamanı isə Rusiya ordusunun Baş Qərargahı və Cənub Hərbi Dairəsinə tabe olacaq. Qruplaşmanın rəhbərinin müharibə vaxtı kimə tabe olacağı haqqında qərarı isə Rusiya və Ermənistan prezidentləri müəyyənləşdirəcəklər.
Qruplaşma əmri təkcə öz komandanından almayacaq. Onlar həmçinin Ermənistan və Rusiya prezidentlərinin də əmrlərini yerinə yetirəcəklər. Vahid ordu birləşməsinin tətbiqi haqqında proqramı Rusiyanın 102-ci bazası və vahid ordu birləşməsi haqqında komandanlıq tətbiq edəcək. Yəni İrəvan birbaşa özünün 5-ci korpusunun bütün fəaliyyətini Moskvaya güzəştə getmiş olacaq.
Qruplaşmada rəsmi dil rus dili olacaq.
Qruplaşmanın məqsədləri sırasına təkcə sərhədlərin müdafiəsi yox, həm də informasiya və informativ-psixoloji hücumlara qarşı müqavimət də daxildir. Vətəndaşların Məlumatlandırılması İttifaqı razılaşmada göstərilən bu bəndin arxasında hansı fəaliyyətin dayandığının qaranlıq olduğunu bildirib.
Bundan başqa, müqavilədə “Ermənistan və Rusiya liderləri razılaşmada nəzərdə tutulmayan məsələləri qruplaşmanın əsas məqsədinə çevirə bilmək imkanına sahibdirlər” sözləri yer alıb. Bu isə qruplaşmanın istənilən an başqa məqsəd üçün çalışa biləcəyini göstərir:
“Əgər razılaşmada birbaşa aqressiya təhdidi və vahid ordu qruplaşmasının hansı ərazidə fəaliyyət göstərməsi anlayışının kifayət qədər aydın göstərilmədiyini nəzərə alsaq, o zaman belə qənaətə gələ bilərik ki, iki ölkənin liderləri bundan istifadə edərək, qruplaşmaya İrəvandakı mitinqləri dağıtmaqdan Gürcüstana hücuma qədər (eləcə də buraya Azərbaycana hücum əmri də daxil ola bilər – red.), istənilən əmri verə bilərlər. Üstəlik, qruplaşmanın tətbiqi haqqında qərarı Rusiya və Ermənistan liderləri birgə verməlidirlər”.