Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

Ermənilər Cəbrayılda kilsə açdılar

Oktyabr 04
17:55 2017

Ermənilər Azərbaycanın işğal altındakı Cəbrayıl rayonunun mərkəzində kilsə açdılar.

Selefxeber.az-ın “Modern.az”a istinadən məlumatına görə, Ermənistan mətbuatı xəbər verir ki, iş adamı Qriqor Movsisyanın ianəsi ilə inşa edilən kilsənin açılışına yaxınlıqda yerləşən hərbi hissənin hərbçiləri və yepiskop Vrtanes Abraamyan qatılıb. Abraamyan Azərbaycanın işğal altındakı torpaqlarda xristianlığın möhkəmlənməli olduğunu deyib.

Bundan başqa, Qarabağ ordusu komandanını müavini, general-mayor Vardan Balayan və “Yerkrapa” hərbi birliyinin üzvləri qatılıb.

Sələf Xəbər: Uca Allah tezliklə işğal altında olan torpaqların azad edilməsini bizə nəsib etsin. Biz də orada dinimizin və mənəviyyatımızın rəmzi və özəyi olan məscidləri ucaldaq.

Digər xəbərlər