Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

Ermənilər Türkiyədən çıxarılır

Aprel 21
21:04 2015

Deportasiya olunan ermənilər ciddi iqtisadi problemlər yaradacaq.

“Sələf Xəbər” AzVision.az-a istinadən məlumat verir ki, ermənilərlə türklərin “soyqırım” məsələsi fonunda gərginləşən, onsuzda yaxşı olmayan münasibətlərinin nəticəsində Türkiyədə yaşayan ermənilərin ölkə ərazisindən çıxarılması gündəmə gəlib. Verilən xəbərə görə, on minlərlə Türkiyə ermənisinin Ermənistana gəlməsi ölkə rəhbərliyi üçün iqtisadi və siyasi problemlər yaradacaq.

Vəziyyətdən çıxış yolunu axtaran dövlət məmurları onları Dağlıq Qarabağ ərazisində yerləşdirməyi düşünür. Bu haqda, 26 mart tarixində, 1994-1997-ci illər Ermənistan prezidentinin məsləhətçisi olmuş professor Jirayr Liparityan mətbuat konfransında Ermənistan Türkiyə münasibətlərində son hadisələri şərh edərkən bildirib.

Onun sözlərinə görə, bu məsələnin nə dərəcədə mümkün olub-olmamasından asılı olmayaraq biz baş verə biləcək bütün hadisələrə hazır olmalıyıq.

“Mənim üçün ən əhəmiyyətlisi insanların etibarını bir azda olsa qoruyub saxlamaqdır“, — Liparityan qeyd edib. O, həmçinin əlavə edib ki, Yaxın Şərqdə erməni partiya strukturları dövlət və milli maraqları kənara qoyub, öz mənafelərinə uyğun düşünürlər və siyasət aparırlar.

“Əgər erməni qəsəbələri olmayacaqsa, onlar nə edəcəklər? Onlar Yaxın Şərqdə erməniləri gözləyən təhlükənin nə dərəcədə ciddi olduğunu qəbul etmək istəmirlər”, – Jirayr Liparityan vurğulayıb.

Qeyd etmək lazımdır ki, Ermənistana, xüsusən Qarabağ ərazisinə belə köçürülmə baş verərsə, Ermənistan iqtisadiyyatı tamamilə çökəcək. Onsuzda regionda baş verən bütün infrastruktur layihələrdən təcrid olunan Ermənistanın, əslində nə istədikləri bəlli deyil. İqtisadi, sosial və siyasi problemlər səbəbindən tərk edilən, haradasa bir neçə il sonra “əhalisiz dövlət” olacağı danışılan, buna baxmayaraq, boş qalmış Dağlıq Qarabağ ərazisini öz ərazisi kimi tanıtmağa çalışan, Gürcüstanın, Türkiyənin ərazilərinə iddia edən, 100 il bundan qabaq “baş vermiş” hansısa hadisəyə “soyqırım” dedirtmək üçün dəridən-qabıqdan çıxan bir xalqın milli təfəkkürü belə qüsurludur.

Sələf Xəbər: Uca Allah hələ 1400 il bundan əvvəl bu insanları aşağıdakı kimi təsvir etmişdir: “Onlar sizə qarşı fəsad törətməkdən əl çəkməzlər, sizin sıxıntıya düşməyinizi istəyərlər. Düşmənçilikləri onların ağızlarından (çıxan sözlərdən) bəllidir. Kökslərində gizlətdikləri (düşmənçilik) isə daha böyükdür. Əgər anlayırsınızsa, Biz ayələri artıq sizə bəyan etdik”. (Qurani-Kərim, “Ali İmran” surəsi, 118-ci ayə)

Digər xəbərlər