Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

Ermənistan 200 milyon dollar dəyərində Rusiyadan silah alır

May 04
16:11 2016

Ermənistan 200 milyon dollar kredit çərçivəsində Rusiyadan silah almağa başlayıb.

“Mövcud kredit razılaşması əsasında Rusiya Federasiyasından Ermənistana silah göndərilməsi prosesi artıq başlayıb”.

“Sələf Xəbər”in APA-ya istinadən verdiyi xəbərə görə, bunu Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Arsrun Ovannisyan deyib. O, dövlət maraqları ilə bağlı olduğu üçün silahların çatdırılma müddəti və təchizat məsələləri ilə əlaqədar açıqlama verməyib. Bununla yanaşı, A. Ovannisyan qeyd edib ki, Ermənistan Silahlı Qüvvələrinin yeni silahlarla təchizatı təkcə Rusiya kreditləri hesabına deyil: “Kredit barədə söhbət getməyəndə də biz planlı rejimdə Ermənistan ordusunun silah təchizatının yenilənəcəyi barədə bildirmişdik. Kredit olmadan da böyük partiya silah almışıq”.

A. Ovannisyanın sözlərinə görə, Rusiya Federasiyası ilə olan kredit razılaşmasına əsasən təkcə silah-sursat deyil, həm də operativ-kəşfiyyat xarakterli cihazlar alınır. Onun fikrincə, Rusiyanın ən yaxşı hərbi texnikası 80-ci illərdə buraxılan texnikadır.

Xatırladaq ki, Rusiya Federasiyası Ermənistana silah-sursat və hərbi texnika almaq üçün 200 milyon dollar kredit ayırıb.

Sələf Xəbər: Uca Allah buyurur: “De: “(Allah) başınızın üstündən və ya ayaqlarınızın altından üzərinizə əzab göndərməyə, ya da sizi qarışıqlığa salıb dəstə-dəstə etməyə və birinizə digərinin gücünü daddırmağa qadirdir”. Bax gör! Biz ayələri belə izah edirik ki, bəlkə başa düşsünlər”. (Qurani-Kərim, “Ənam” surəsi, 65-ci ayə)

Digər xəbərlər