Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

Ermənistan azərbaycanlını həbs edib

Avqust 10
17:03 2015

Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Faxralı kəndində yaşayan, 35 yaşlı Turqay Lətif oğlu Mikayılov yolu azaraq Ermənistan tərəfə keçib.

“Sələf Xəbər”in APA-ya istinadən məlumatına görə, Turqay Mikayılovun qohumu Bahar Mikayılova açıqlamasında deyib ki, hadisə iyulun 23-də baş verib: “Hadisə Dmanisinin Yırğançay kəndinin yaxınlığında, Faxralı sakinlərinə məxsus yaylaqda baş verib. Turqay həmin ərazidə çobanlıq edib və siqaret almaq üçün dağdan enərkən, yolu azaraq Ermənistanın Cücə kəndinə gedib. Həmin kənd sakinləri onu saxlayaraq, Ermənistan sərhədçilərinə təhvil veriblər. Onlar isə Turqayı Yerevana aparıblar. Turqay artıq 17 gündür ki, Ermənistanda həbsxanada saxlanılır”.

B. Mikayılova deyib ki, T. Mikayılov ailəsi ilə bir dəfə danışıb və Yerevanda ona 2 ay saxlanılacağını dediklərini bildirib.

T. Mikayılovun ailəsi hadisə ilə bağlı Gürcüstanın hüquq-müdafiə orqanlarını məlumatlandırıblar. Hüquq-mühafizə orqanlarından ailəyə T. Mikayılovun qaytarılması üçün danışıq aparıldığı bildirilib.

Sələf Xəbər: Uca Allah hələ 1400 il bundan əvvəl bu insanları aşağıdakı kimi təsvir etmişdir: “Onlar sizə qarşı fəsad törətməkdən əl çəkməzlər, sizin sıxıntıya düşməyinizi istəyərlər. Düşmənçilikləri onların ağızlarından (çıxan sözlərdən) bəllidir. Kökslərində gizlətdikləri (düşmənçilik) isə daha böyükdür. Əgər anlayırsınızsa, Biz ayələri artıq sizə bəyan etdik”. (Qurani-Kərim, “Ali İmran” surəsi, 118-ci ayə)

Digər xəbərlər