Ermənistanı dövlət kimi tanımayan müsəlman ölkə
1. 925 dəfə baxılıb
Selefxeber.az “Eurasiadiary.com”a istinadən xəbər verir ki, Azərbaycanın Pakistandakı fövqəladə və səlahiyyətli səfiri Əli Əlizadə bu ölkənin Xarici İşlər Nazirliyinin (XİN) yeni təyin olunmuş xüsusi katibi Seyid Abrar Hüseynlə görüşüb.
Səfirlikdən verilən məlumata görə, xüsusi katibi təyinatı münasibətilə təbrik edən Ə.Əlizadə Azərbaycanın Pakistanla əlaqələrə xüsusi önəm verdiyini, bir çox oxşarlıqlara və dəyərlərə malik hər iki ölkənin bir-birini daim dəstəklədiyini, Pakistanla bütün sahələrdə əlaqələrin inkişafının prioritet daşıdığını, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal olunmasına, Ermənistanın Azərbaycana təcavüzünə qarşı Pakistanın sərgilədiyi ədalətli mövqeyin yüksək qiymətləndirildiyini bildirib.
S.A.Hüseyin Azərbaycanla Pakistan kimi bir-birini dəstəkləyən ölkələrə nadir hallarda rast gəlindiyini, bu dəstəyin tarixən davam etdiyini, Azərbaycanın Pakistan üçün qardaş ölkə olduğunu və bu günədək Azərbaycan torpaqlarını işğal etdiyinə görə Pakistanın işğalçı Ermənistanı bir dövlət kimi tanımadığını bildirib.
Görüşdə, həmçinin iqtisadi və ticari əlaqələrin gücləndirilməsi istiqamətində görülən işlər, qarşılıqlı səfərlərin təşkili, iki ölkənin şəhər və regionları arasında münasibətlərin genişləndirilməsi perspektivləri, Xarici İşlər nazirlikləri arasında məsləhətləşmələrin davam etdirilməsi, müqavilə-hüquq bazasının artırılması və müəyyən digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
Sələf Xəbər: Numan ibn Bəşir (Allah ondan razı olsun) Peyğəmbərdən (Allahın ona salavat və salamı olsun) rəvayət etmişdir: “Möminlər bir-birlərini sevməkdə, bir-birlərinə mərhəmət və lütf etməkdə bir bədənə bənzəyirlər. O bədəndə bir üzv xəstələnsə bədənin digər üzvləri, xəstə əzanın acısına görə yuxusuzluq və hərarətlə təsirlənərlər.” (Səhihi-Müslim, Birr və Sıla Kitabı, Hədis: 2586 (Səhih-Buxari, Səlat Kitabı, 88; Səhih Müslim, Birr Kitabı, Hədis: 65 (2585))