Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

Əsəd rejiminə ağır zərbə

Fevral 27
17:28 2017

Suriyada Bəşər Əsəd rejiminə bağlı 22 əsgər Azad Suriya Ordusu (ASO) tərəfindən öldürülüb.

Selefxeber.az xəbər verir ki, “Eurasiadiary.az”-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, türk ordusunun dəstəyi ilə hərəkət edən ASO, sosial şəbəkə üzərindən yayımladığı bəyanatda toqquşmanın əl-Bab qəsəbəsinə bağlı Tadif bölgəsi ətrafında yaşandığını bildirib.

Əl-Babın türk ordusu və ASO tərəfindən ələ keçirilməsindən sonra qəsəbədəki İŞİD yaraqlıları cənubdakı Tadif bölgəsinə çəkilmişdi. Terror təşkilatı bölgənin nəzarətini könüllü şəkildə Əsəd qüvvələrinə təslim etmişdi. ASO ilə rejim qüvvələri arasında bundan öncə əl-Babın cənub-qərbindəki Əbu Zeydin kəndində də toqquşma yaşanmışdı.

Digər xəbərlər