“Əsəd Rusiyadan asanlıqla siyasi sığınacaq ala bilər”
754 dəfə baxılıb
Rusiya prezidenti Suriya liderini öz ölkəsində yerləşdirə biləcəklərini bəyan edib.
Rusiya Prezidenti Vladimir Putinin Almaniyanın “Bild” qəzetinə verdiyi müsahibənin ikinci hissəsi nəşr olunub.
“Sələf Xəbər”in Lent.az-a istinadən məlumatın görə, Putin bir çox məsələlərlə bağlı fikirlərini bölüşüb. Maraq doğuran məqamlardan biri də Rusiyanın dövlət başçısının Suriyanın faktiki rəhbəri Bəşər Əsəd və onun taleyi haqqında dedikləri olub. Neçə ildir ki, davam edən “Əsəd getməlidirmi”? polemikasına Rusiya liderinin münasibəti belə olub: “Məncə, Bəşər Əsədin aqibətini müzakirə etmək üçün hələ çox tezdir. Amma bir gün Suriya lideri öz ölkəsini tərk etmək qərarına gələrsə, Rusiyada asanlıqlı siyasi sığınacaq ala bilər. Əsədin bizə gəlməsi FTB agenti Edvard Snoudenin gəlib sığınacaq almasından daha asandır. Amma bayaq dediyim kimi, bu məsələnin vaxtı hələ gəlməyib”.
Qeyd edək ki, Qərb mətbuatı bir neçə gün əvvəl Suriya məsələsi ilə bağlı böyük dövlətlərin razılığa gəldiyini və 2017-ci ildə Bəşər Əsədin hakimiyyəti təhvil verəcəyi ilə bağlı planın razılaşdırıldığını yazmışdı.
Sələf Xəbər: Məhəmməd peyğəmbər (Allahın ona salavat və salamı olsun) bir dəfə səhabəsinə belə buyurdu: “Ey Əbdürrəhman bin Səmura! Əmir olmağa (hakimiyyətə) can atma. Əgər öz istəyin (tələbin) olmadan idarəçilik sənə verilərsə,onda Allahın yardımını görə bilərsən. Yox, əgər öz istəyinlə (tələbinlə) idarəçilik sənə verilərsə, onda (Allah) səni bu işlə baş-başa buraxar”. (Əl-Buxari)