Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

Əsgərləri görünməz edən geyim sınaqdan keçirilir

May 11
15:25 2015

Amerika hərbi hissələri əsgərləri döyüş bölgəsində tamamilə görünməz edən yeni geyimləri sınaqdan keçirir.

“Sələf Xəbər” AzVision.az-a istinadən xəbər verir ki, yeni forma xüsusi metamateriallardan hazırlanır. Geyimin hazırlanmasında işığı sındıraraq, elektromaqnit dalğaların istiqamətini dəyişməyə imkan verən elementlərdən istifadə olunur. Kamuflyaj əsgərin yerdəyişməsindən asılı olaraq sürətlə öz rəngini dəyişəcək. Bu da əsgərin praktiki olaraq görünməz olmasını təmin edəcək.

Xüsusi batareya quraşdırılan yeni geyim minimum 8 saat əsgərləri qoruyur. Geyimlər 450 qram çəkidə akkumulyatorla təchiz olunmalıdır.

Sələf Xəbər: Uca Allah buyurur: “(Ey insanlar!) Məgər Allahın göylərdə və yerdə olanları (günəşi, ayı, ulduzları və buludları, meyvələri, bitkiləri, dənizləri, çayları və gölləri) sizə ram etdiyini (sizin istifadənizə verdiyini), aşkar (görmə, eşitmə, sağlamlıq) və gizli (əql, şüur, fəhm, elm və i. a.) nemətləri sizə bolluca ehsan etdiyini görmürsünüzmü?” (Qurani-Kərim, “Loğman” surəsi, 20-ci ayə)

Digər xəbərlər